Ermənistanda xərçəng xəstəliyinin sayı durmadan artır TƏLAŞ

Ermənistanda xərçəng xəstəliyinin sayı durmadan artır TƏLAŞ

Ermənistanın səhiyyə nazirliyi 4 fevral – Beynəlxalq xərçənglə mübarizə günündə ölkədə onkoloji xəstəlik səviyyəsi barədə məlumat dərc edib. SİA Novosti-Armeniya saytına istinadən xəbər verir ki, Ermənistanda bədxassəli şişlər nəticəsində hər il 5,6 min nəfər insan ölür. Ölüm hallarının əsas siyahısında ikinci yeri (20,4%) qan dövranında yaranmış problemlərdən əmələ gəlmiş xərçəng xəstəliyi dayanır.

Səhiyyə nazirliyindən bildirilir ki, son 30 ildə xərçəng səbəbindən baş vermiş ölüm halları 2-3 dəfə artıb. 2018-ci illə olan məlumata görə, Ermənistanda 43,83 min insan nəzarət altındadır, hər il isə, 8,5 min yeni hallar qeydə alınır.

“Bədxassəli şişlərin 20-50%-ni xəstəliyin erkən müəyyən edildiyi halda müalicəsi mümkündür. Təəssüf ki, 60% xərçəngə tutulma halları xəstəliyin 3-cü, 4-cü mərhələsində müəyyən olunur ki, bu da müalicənin keyfiyyətli aparılmasını, ömrün uzadılmasını kifayət qədər çətinləşdirir”, deyə ermənilərin səhiyyə nazirliyinin hesabatında bildirilir.

Həmçinin bildirilir ki, bədxassəli şişlərin əmələ gəlməsi, nəticədə baş verən ölüm halları xüsusilə qadınlarda daha çox üzə çıxır ki, bu da süd vəzlərinin, yoğun bağırsağın və qadınlıq xərçəngi olaraq qeydə alınır. Kişilərdə isə, nəfəs yollarının, bronxların, ciyərlərin, sidik kisəsinin, mədənin, prostatın xərçəngi yaranır.

Ermənistanın səhiyyə nazirliyi xəbərdarlıq edir ki, xüsusilə son illərdə həm qadınlar, həm də kişilər arasında mədə və yoğun bağırsaq xərçəngi xəstəliyi durmadan artır. Bunun oturaq həyat tərzi keçirmək və düzgün qidalanmamaqdan yarandığı deyilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə