Dünyanın sonu nə vaxta qaldı? - Araşdırma

Hal hazırda bütün dünya 2012-ci il 21 dekabr tarixini danışır. Bəs 2012-ci il dünyanın sonunu insanlar nəyə əsaslanaraq iddia edirlər? Bu suallar dünyada daha çox maraq doğurduğundan Amerika Kosmik Agentliyinin (NASA) mütəxəssisləri bu istiqamətdə elmi araşdırma aparıblar və maraqlı faktlar əldə ediblər. Belə ki, 2012-ci ildə Marduk asteroidinin yer kürəsi ilə toqquşacağı və dünyanın yox olacağı xəbərləri dünya ictimaiyyətini ciddi narahat edir. Bu söyləntilərlə bağlı NASA araşdırma aparıb. Mütəxəssislərin araşdırması nəticəsində maraqlı faktlar ortaya çıxıb. Belə ki, hər 3600 ildən bir dünyanın yaxınlığından keçən Mardukun yer kürəsi ilə toqquşma ehtimalının olmadığı müəyyənləşib. NASA internet saytında sualları cavablandırıb. Cavablarda qeyd olunub ki, Marduk söyləntisinin kökü şumerlərədək gedir. Şumerlər astronomiya sahəsində xeyli inkişaf ediblər, bir neçə planeti kəşf ediblər. Ancaq dünyanın günəşin ətrafında döndüyünü başa düşməyiblər. "Marduk 1983-də "Planet X" kimi kəşf edilməyibmi?" sualına cavab olaraq, "1983-cü ildə naməlum bir şey görüntülənib, daha sonra bunun asteroid olduğu müəyyənləşib. Ancaq mətbuat bunu planet kimi təqdim edib, İnternetdə Mardukla bağlı yayılan şəkillərin hamısı foto-şopdur", - deyə bildirilib. NASA bildirir ki, günəş fırtınalarının Amerikanı məhv edəcəyi barədə xəbərlər də şişirdilib: "NASA ən pis ehtimalları analiz edir və ona görə tədbir görür. Mətbuat isə ehtimalları olacaq kimi göstərir. Hər 11 ildən bir günəş fırtınası olur. Ancaq bu təbii proses indiyədək heç bir canlıya ziyan verməyib. 2012-ci ildə dünyaya heç bir asteroid çırpılmayacaq".

 

Bəs bu dünyanın sonu fikri hardan formlaşıb?. Belə ki, mayalıların təqvimi 2012-ci ildə bitir. Bu ildə isə cəmi 2 tarix işarələnib 20.05.2012 və 21.12.2012. May ayının 20-sində günəş tutulması gözlənilir, elə bundan sonra da fəlakətlər baş verir. Bəşər tarixi yaranandan bəri 5 sivilizasiya mövcud olmuşdur. Biz 5-ci sivilizasiyada yaşayırıq. 1-ci günəş tutulması ili-4008, 2-ci günəş tutulması ili-4080 il davam edib. Qədim finikiyalıların və misirlilərin yazılarında da 2012-ci il dünyanın sonu kimi təsvir olunub. Bu zaman Asiyada çoxlu vulkanlar gözlənilir. Avropanın bəzi ölkələri (Finlandiya, İtaliya və s.) dağılacaq və yerində cılız adalar yaranacaq. Cənubi Amerika külə bənzəyəcək. Avstraliya yaşıllıqlar diyarı olacaq (baxmayaraq ki, buzlar ölkəsidir). Bu zaman yalnız Sibirdə sağ qalmaq ehtimalı ola bilər. Yerin iki maqnit qütb qurşağı yerini dəyişəcəyi üçün maqma qatında çox böyük dəyişikliklər olacaq. Qvatemala "mayyaçıları"nın ağsaqqalları sözügedən təqvimdə 2012-ci ildə dünyanın sonunun çatacağına dair heç bir fikrə rast gəlinmədiyini bəyan edirlər. Belə ağsaqqallardan biri olan Çile Pikstuna bildirib ki, 2012-ci il haqda iddialar "cəfəngiyyat və Qərbin mifidir. Əsl mayyaçılardan 2012-ci ildə nə baş verəcəyini soruşsanız, onlar sadəcə, söhbətin nədən getdiyini anlamayacaqlar", - deyə memar Xose Xaçim bildirir: "Dünyanın axırı? Yəqin zarafat edirsiniz... Quraqlıq isə hə, bu, həqiqətən problemdir".

Niyə məhz 2012-ci il?

Bunu alimlər bunu belə izah edirlər: "Günəş artıq qocalıb və öz işığını itirmək üzrədir. Buna görə də 5-ci sivilizasiyanın sonu ola bilər. Bu zaman Günəş, Ay, Yer, Yupiter və başqa ulduzlar bir sıraya düzüləcək." . Santa -Barbaradakı Kaliforniya Universitetinin (ABŞ) linqvistləri isə belə nəticəyə gəliblər ki, mayyalıların məşhur təqvimində müasir ölçülərlə götürüldükdə müəyyən səhvlər yol verilib. Mütəxəssislərin fikrincə Qiyamət günü heç cür rasşifrə zamanı açılmış tarixə düşə bilməz. Mərkəzi Amerika sivilizasiyası bölümünü yazan müəlliflərin versiyasına görə, Mayya təqvimində vaxt 2012-ci ildə yox, 50, hətta 100 il sonra qurtarır. Və çox güman ki, hindular apokalipsisi 2112-ci ilə planlaşdırıblar. Yeri gəlmişkən, bir çox alimlər bu fikirdədilər ki, mayyalılar təqvimdə ümumiyyətlə heç bir fəlakəti nəzərdə tutmurdular. Onlar belə saymırdılar ki, vaxt başlanandan 5125 il sonra dünyanın sonu olacaq. Sadəcə olaraq kahinlərin tərtib elədikləri təqvim sistemi kamillikdən uzaq idi və yeni hesablamalara ehtiyacı vardı. Baxmayaraq ki, apokalipsisin vaxtını 2012-dən daha başqa müddətə keçiriblər, bəşəriyyət Kainatdan çox sürprizlər gözləməlidir. İndi astronomlar kifayət qədər güclü Günəş aktivliyini müşahidə edirlər. İki- üç ildən sonra isə mütəxəssislər bizim ulduzda çox qüvvətli fırtına proqnozlaşdırırlar.

 

Günəş fırtınası mütləq Yer planeti canlılarının səhhətində əks olunacaq (məlumdur ki, "maqnit fırtınaları" zamanı ən çox hipertoniklər və meteohəssas adamlar əziyyət çəkirlər). Bir çox proqnozlara görə, qüvvəsinə görə çox güclü olacaq günəş fırtınası daha bir il sonra, 2013-cü ildə dünyada texnoloji kataklizmlər seriyası da törədə bilər. Məsələn, bir çox yerlərdə elektrik enerjisinin dayanması seriaları gözlənilir ki, bu da bir növ elə "dünyanın axırı"dır. Bir dəstə mütəxəssislər əmindir ki, günəşin aktivliyi o qədər intensiv olacaq ki, bu da kompüterlərin, mobil şəbəkələrin baza stansiyalarının kütləvi sıradan çıxmasına gətirib çıxaracaq. Kosmik aparatların işlərində də pozulmalar gözlənilir. Alimlər 153 il bundan əvvəl həyatı iflic edən günəş fırtınasının bir bənzərinin Şimal Amerika və Avropanı 2012 Sentyabrında vuracağını bildirdi. 1859-cu il Sentyabrın 1-də günəşdən gələn anormal maqnit enerjisi səbəbiylə teleqraf sistemləri tamamilə çökmüşdü. Ancaq bu dəfə təsir daha dəhşətli olacaq. Mütəxəssislərə görə bu enerjinin dünyanı vurması halında TV, radio yayımları tamamilə kəsiləcək, elektrik sistemi tamamilə sönəcək, mobil telefon şəbəkələri çökəcək, sular kəsiləcək, GPS sistemi çalışmayacaq. Bütün bunların təmir edilməsi 20 il qədər vaxt aparacaq. Bu müddətdə 100 min Avropalı və Amerikalı həyatını itirəcək. Mütəxəssislərə görə günəşdən gələcək anormal enerji 1859-cu ildə gecə saat 02:00-dən gündüzə kimi dünyanın işıqlanmasına səbəb olmuşdu. Hətta o dövrdə yaşayan kəslər bu vəziyyəti, "O qədər işıqlıq idi ki gecə küçəyə çıxıb qəzet oxumaq belə mümkün idi" deyə bildirir. İndi eyni halın yaşanması vəziyyətində elektrik şəbəkələrinə milyonlarla vattlıq yüklənmə olacaq. Bu da bir çox ölkədə şəbəkənin tamamilə məhv olması mənasını verir. Yəni bəzi ölkələrdə elektrik xəttlərini tamamilə yeniləmək lazım olacaq. Elektrik olmayınca kanalizasiya və su sistemləri də çökəcək.

 

Bir neçə gün içində kranlardan su axmamağa başlayacaq. İstehsal dayanacaq. Supermarket rəfləri tamamilə boşalacaq. Tam bir xaos yaşanmağa başlanacaq. Telefon, GPS sistemləri çalışmayacaq. Mütəxəssislərə görə bu vəziyyətin 2012-ci ilin sentyabr ayında yaşanmaması vəziyyətində eyni risk 2023 üçün də mövcud olacaq. Bu zəmində bir zamanlar Nostradamusun dünyanın sonu barədə proqnozlarını reallaşacığı özündə ehtiva edir. Bəzi alimlərin dediklərindən belə aydın olur ki,bu ildən başlayaraq təbiətdə böyük təlatümlər gözlənilir. 2020-ci il isə Yer kürəsi üçün sonuncu möhlət ola bilər.

2008-ci il - Yerə diametri 800 metrlik asteroid düşəcək.

2009-cu il - Nostradamusun mətnlərini araşdıran Piter Loriyə inansaq,Yerə nəhəng asteroidlər düşməkdə davam edəcək.

2010-cu il - Neft tükənəcək, təbii ehtiyatlar uğrunda amansız mübarizə dünyanı cənginə alacaq. Yer kürəsi Günəşdən üz döndərəcək.

2011-ci il - Təqvimdəki bu il dünyanın gələcəyi ilə bağlı versiyalarda tez-tez hallanır. Bəzi hesablamalara görə,dünyanın sonu məhz həmin tarixdə baş verəcək. 2005 YU 55 asteroidinin toqquşması da bu ilə təsadüf edəcək. 2012-ci il-Bədbin il saymaq olar. Çünki proqnozlara görə, Günəş sistemində böyük dəyişikliklər baş verəcək, qütblər dəyişəcək. Planet əhalisinin cəmi 5 faizi sağ qalacaq.

2013-cü il - Dünya üçün son tarix kimi də xarakterizə olunur. Bəzi mənbələrdə Axirət günü kimi də göstərilir.

2014-cü il - Astrofiziklər iddia edirlər ki, qarşısına çıxanı məhv etməyə qadir olan kosmik tozlar Günəşə qədər yüksələcək.

2015-ci il - Sivilzasiyaların məhv olacağı il kimi xarakterizə olunur.

2016-cı il - Yerin iqlim şəraitini tədqiq edən Ceyms Hansenin fərziyyələrinə görə, məhz həmin ildə buzlaqlar əriyəcək, planetin quru hissəsinin demək olar ki, yarıdan çoxu su altında qalacaq.

2017-ci il - Bir-birinin ardınca böyük miqyaslı qəzalar baş verəcək.

2018-ci il - Nostradamusun dediklərinə görə, nüvə müharibəsi baş verəcək.

2019-cu il - 2002 NT 7 asteroidi toqquşacaq.

2020-ci il - Nostradamusun iddialarına görə,dünyanın sonu olacaq. Bütün bu hadisələrin fonunda dünya əhalisini quşların kütləvi ölmüdə narahat edir.

 

Quşların kütləvi ölümü ilə bağlı ilk hadisə dekabrın 31-dən yanvarın 1-ə keçən ABŞ-ın Arkanzas ştatında qeydə alınıb. Göydən yerə 5 minə qədər ölü quş düşüb. Bundan 2 gün sonra Luiziana ştatında 500 ölü quş aşkarlanıb. Yanvarın 5-də ABŞ-da deyil, İsveçin Fallköping şəhərində bir qəsəbə ətrafında çoxlu sayda ölü quş aşkarlanıb. İtaliyada da quşların kütləvi ölümü faktı aşkarlanıb. Quşların kütləvi şəkildə ölməsinin səbəbini isə hələ də müəyyənləşdirmək mümkün olmayıb və bu, bir sirr olaraq qalır. Elə Kanadada da quşların ölümü ilə bağlı laboratoriyada aparılan təhqiqatlar nəticə verməyib və onların ölümünün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

 

Xatırladaq ki, bundan öncə ABŞ-da 5 minə qədər quşun ölümünün səbəbi kimi fişəng atılması, buna görə də gecə quşların özlərini müxtəlif maneələrə vurduğu göstərilmişdi. Ancaq alimlərin bir qismi baş verən son olayların qlobal bir təbii fəlakətin, yaxud bioloji bir silahın sınaqdan çıxarılmasının nəticəsi olduğunu düşünürlər. Kütləvi şəkildə ölən isə tək quşlar deyil. Yanvarın 6-də ABŞ-ın Merlend ştatındakı Çesapeak körfəzində 2 milyon ölü balıq aşkarlanıb. Ştatın Təbiəti Mühafizə İdarəsi balıqların ölümünün təbii səbəbi olduğunu ehtimal etdiklərini bildirib. Açıqlamada qeyd olunur ki, soyuq su və ölən balıqların yüksək artımı bunun səbəbi ola bilər. Lakin yeni ilin ilk günlərində sadəcə ABŞ-ın Merlend ştatında deyil, dünyanın müxtəlif yerlərində bənzər təbii fəlakətlər baş verməkdədir. Məsələn, Braziliyada 100 ton sardalya, Yeni Zellandiyada yüzlərlə snapper növlü balıq ölü tapılıb. Yanvarın 6-da İngiltərənin Kent bölgəsində isə 40 min ölü xərçəngi su sahilə çıxarıb. Palm körfəz çimərliyini dolduran xərçənglərin dəyişən hava şərtləri səbəbindən öldüyü güman edilir.

 

Bütün bu hadisələrin fonunda demək olraki, hələ dəqiq bilinməyən Dünyanın sonu hələki təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə