"Azərbaycan gənci dövlətin diqqət və qayğısı ilə əhatə olunub" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan gənci dövlətin diqqət və qayğısı ilə əhatə olunub" AÇIQLAMA-ÖZƏL

"Azərbaycanda çox uğurlu gənclər siyasəti modeli mövcuddur. Təbii ki bu siyasətin əsası Ulu Öndər tərəfindən qoyulub və Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərir. İstər regionlara səfəri, istərsə də ölkədə keçirilən yerli və beynəlxalq tədbirlərdə hər zaman gənclər mövzusu aktual olaraq qalmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov deyib.

Azərbaycanda gənclər siyasətinin müasir müstəqillik tariximizlə yaşıd olduğunu deyən deputat söyləyib ki, bu sahəyə hər zaman diqqət göstərilib, institsional olaraq gənclər siyasəti bir sıra dövlət qurumları vasitəsilə həyata keçirilir: “Təbii ki burada əsas və birbaşa icraedici qurum olan Gənclər və İdman Nazirliyidir. Bundan başqa Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondu, Milli Məclisin Gənclər və idman komitəsi gənclərlə işləyəcək bütün infrastruktur mövcuddur. Bura eyni zamanda regionlarda olan Gənclər Mərkəzləri, Olimpiya kompleksləri və digərləri daxildir”.

Deputat söyləyib ki, ölkəmizdə gənclər üçün yaradılan bütün imkanlar Azərbaycanda gənclər siyasətinin digər sahələrdə olduğu kimi dövlət başçısının birbaşa nəzarətində, diqqətindədir və bu sistemli xarakter daşıyır. Hər il gənclərlə bağlı yeni dövlət proqramları, layihələrin həyata keçirilir ki, buna misal olaraq 2005-2009, 2011-2015, 2017-2021-ci illəri əhatə edən Dövlət Proqramları, Azərbaycan gənclərinin İnkişaf strategiyasını və digərlərini misal gətirə bilərik”.

Ölkəmizdə 300-dən çox gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının olduğunu deyən Ş. İsmayılov qeyd edib ki, könüllülük hərəkatında gənclərin sayı xüsusi payı var: “Könüllülük hərəkatı Azərbaycanda yeni mərhələyə qədəm qoyub. Biz bu gün gənclərlə bağlı əsaslandırılmış faktlara söykənən bir sıra faktlar haqqında danışa bilərik. Azərbaycan gənci dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Onların xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir. Sadəcə olaraq gənclərimiz maksimum təşəbbüskar olub, öz üzərilərində çalışmalıdırlar ”.

Azərbaycan gənclərinin kifayət qədər aktiv, yenilikçi olduğunu deyən komitə üzvü qeyd edib ki, ölkə gəncləri dövlətimizi beynəlxalq arenalarda kifayət qədər təmsil etməyi bacarırlar: “Azərbaycan gənci anlayışı bu gün ən yaxşı nöqtəsindədir. Bu anlayışa baxdıqda, gənclərimizin kifayət qədər ağıllı, savadlı, müasir dünyanın çağırışlarına cavab verəcək şəkildə ölkəmizi təmsil edirlər. Təbii ki, bu da birbaşa ölkədə həyata keçirilən gənclər siyasətinin uğurudur”.

Ş.İsmayılov vurğulayıb ki, ölkəmizin bu sahədə digər uğuru gənclər siyasətinin dünyada model kimi qəbul olunmasıdır. Gənclər siyasətimiz digər ölkələr tərəfindən öyrənilir, qazanılan uğurlarımız başqa dövlətlər tərəfindən tətbiq edilir”.

Deputat əlavə edib ki, hər il olduğu kimi bu ildə 2 fevral Gənclər günü ərəfəsində həm dövlət qurumları, həm də ictimai təşkilatlar tərəfindən tədbirlər həyata keçirilir: “ Bilirsiniz ki, ölkəmizdə gənclər üçün Dövlət Proqramı təsis olunub. Hər il müxtəlif sahələrdə fəaliyyətinə görə fərqlənən gənclərə bu mükafata layiq görülürlər. Bu il də gənclərin müəyyən hissəsi mükafata layiq görüləcəklər. Bu gənclərimiz üçün böyük motivasiyadır və Dövlət başçısının gənclərə göstərdiyi diqqətin göstəricisidir. Bundan əlavə bu günlərdə gənclərlə bağlı hesabat xarakterli, mədəni kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə