“Hər dəfə mitinq keçirib sonradan rüsvayçı bir vəziyyətə düşən müxalifət hələdə ağıllanmayıb”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, şərəfsiz və yaramaz bir yol seçən dağıdıcı xislətli müxaliflər nə qədər mitinq keçirsələr də nə isə bir uğur qazanmaq şansları sıfıra bərabərdir: “Çünki xalq müxalifəti dəstəkləmir. Bunu Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, İsa Qəmbər və digərləri də çox gözəl bilirlər. Müxalifət icazəli şəkildə mitinq keçirsə də, adam sayı çox az idi. Bu da onlara inamsızlıqla bağlıdır. Cəmiyyət müxalifətin hansı xarici maraqlı dairələrə bağlı olduğunu yaxşı bilir və buna görə də, onları rədd edirlər. Mitinqlər yolu ilə, müxalifət partiya sədrləri xarici “ağalarına” özlərini reklam etmək istəyirlər. Onlar bu cür yersiz hərəkətlərinin qarşılığında xarici “ağalarından” pul alırlar. Xarici qüvvələr güclü, inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq üçün daxildə olan müxalifətdən bir vasitə kimi istifadə edir. Yəni müxalifəti maliyyələşdirərək ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq istəyirlər. Amma hər zaman olduğu kimi bu dəfə də onların məkrli istəkləri reallaşmayacaqdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB