Elxan Şahinoğlu: “Müxalifət qrant əldə etmək üçün aksiyalar keçirməyə çalışır”

Elxan Şahinoğlu: “Müxalifət qrant əldə etmək üçün aksiyalar keçirməyə çalışır”

“Demokratik cəmiyyətlərdə mitinqlərin keçirilməsi normal bir haldır, o cümlənə də, Azərbaycanda”. Bunu SİA-ya açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, yəni kimsə mitinq etmək istəyirsə əvvəlcədən icazəsini amalı və mitinqini keçirməlidir: “Bir şərtlə ki, qanun və qaydalara riayət etsinlər. Təəssüf ki, bəzi müxalifət təmsilçiləri müstəqil olmadıqlarından, qrant əldə etmək üçün aksiyalar keçirməyə çalışırlar. Ümumiyyətlə, Azərbaycanda önəmli olan sabitlikdir və sabitliyin davamlı olması Azərbaycan üçün çox vacibdir. Çünki bu gün Azərbaycan dövlətinin uğurlu inkişafına paxıllıq edən, qısqanclıq hissi ilə yanaşan bəzi xarici qüvvələr var. Həmin xarici qüvvələrdə Azərbaycanın sabitliyinin pozulmasında maraqlıdırlar. Amma tam əminliklə deyə bilərəm ki, heç bir xarici qüvvə ölkəmizdəki, sabitliyi poza bilməz. Çünki ölkəmizdə möhkəm əsaslara malik sabitlik mövcuddur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə