Vaşinqton və Pxenyan Amerika-Koreya zirvə görüşünün fevralın sonunda Vyetnamın Dananq şəhərində (tarix hələ müəyyən edilməyib) keçirilməsi ilə bağlı razılığa gəliblər. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, Trampla Kim Çen İn arasında ilk görüş 2018-ci ilin iyun ayının əvvəlində Sinqapurda baş tutmuşdu.
Qeyd edək ki, Dananq Vyetnamın mərkəzində yerləşən beşinci böyük şəhərdir. 2017-ci ildə burada Asiya-Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı ölkələrinin zirvə toplantısı keçirilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB