Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident,
Urumiye şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB