Müxalifət liderlərinin övladları niyə mitinqlərə qatılmır? SİYASİ ARAŞDIRMA
Yaxud, mitinqlərdə “acından ölürük” deyib, “dad” edən “liderlər” hər şeyin hesabatını verməlidirlər!
Bu gün, hakimiyyəti müxtəlif məsələlərdə qərəzli şəkildə ittiham edən müxalifət “liderlərinin” özlərini “aydan arı, sudan da duru” kimi cəmiyyətə təqdim etmələri istər-istəməz bizləri onlar barədə bəzi araşdırmaları etməyə təhrik edir. Məmur övladlarının xarici ölkələrə gedərək, orada istədikləri həyatlarını yaşadıqlarını iddia edən müxalifə partiyalarının “liderləri” müxtəlif aksiya və mitinqlərdə onların şirin vədlərinə aldanaraq gələn insanlarda hakimiyyətə qarşı qıcıq yaratmaq üçün özlərini “məzlum”, “yazıq”, hətta səhər yuxudan oyanarkən, “yeməyə çörək tapmayan” insanlar kimi aparmaları əslində, nə qədər ağ yalan danışdıqlarının aşkar sübutudur. Bu barədə yazının daha aşağı hissəsində, yekununda bir sıra faktları dəyərli oxucuların diqqətinə çatdıracağam.
Kanadada.. ABŞ-da... Kiprdə... Norveçdə... Böyük Britaniyada....
Ümumiyyətlə isə, siyasi aksiyalara qatılan insanların əslində nəyə görə əllərində müxtəlif anti-iqtidar şüarlar-plankartları aparmaları da kimsəyə sirr deyil. Həmin şüarları ilə “Avropaya siyasi mühacir adı ilə gedib-kef edəcəyəm” xəyalları quranların mitinqlərdə şəkillər çəkdirmələri də bu xüsusdandır. Necə ola bilər ki, “acından ölən və işsiz” insan hər hansı siyasi müxalifət partiya sədrinə, məsələn AXCP sədri Əli Kərimlidən “mitinqdə döyülüb-söyülmüşdür” arayışı almağa 3-5 min AZN pul tapır, sonradan Avropa ölkələrinə getmək üçün maliyyə imkanları üzə çıxır?! Maraqlıdır, bəs bu sualın cavabını kim verəcək?!
İndi isə qayıdaq əsas mətləbə. O mətləbə ki, müxalifət partiya rəhbərlərinin öz övladları haradadırlar və nə işlə məşğuldurlar? Misal üçün, SİA-nın dəqiq məlumatlarına görə, Müsavat partiyasının sabiq başqanı, “Müxalifətin Strateji Düşüncə Mərkəzi”nin sədri İsa Qəmbərin oğlu İlkin Qəmbər Kanadadadır, partiyanın hazırkı başqanı Arif Hacılının isə oğlu Orxan Hacılı ilə ABŞ-da məskunlaşıb.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin qızı Aybəniz Hüseynin qızı Kiprdə, sabiq müsavatçı, hazırda Qubad İbadoğlunun rəhbəri olduğu “Demokratiya və Rifah Hərəkatı”nın sədr müavini Hikmət Hacızadənin oğlu Adnan Hacızadə isə ABŞ-dadır və bu da son deyil...
ADP sədrinin bir oğlu Cəlal Böyük Brtitaniyada, digər oğlu isə Norveçdədir.
İndi isə keçək, mitinqlərdə “xalq dərdi çəkən” AXCP sədri Əli Kərimliyə. Onun oğlu Türkel ABŞ-da, qızı Selcan isə, İngiltərədədir...
Biz, hələ Əli Kərimlinin oğlu Türkelin (dəfələrlə!!!) Avropanın bahalı bar və restoranlarında eyş-işrət məclisləri təşkil etməsi, hətta milli-mənəvi dəyərlərimizə sığmayan gey-partilarində iştirakı, pullar xərcləməsi barədəki faktları təkrar etmirik...
Üstəlik, iddia edirlər ki, hətta partiyalarında fəaliyyət göstərənlərin məvaciblərini belə, ödəməyə imkanları yoxdur
Bax belə...Göründüyü kimi, onların hər biri partiya sədrləri və funksionerləridirlər və sadəcə, ictimai-siyasi təşkilatlarda təmsil olunurlar, özü də heç bir dövlət qurumlarında çalışmırlar. Bəs onda, onların pul-praları, övladlarının kifayət qədər bahalı qiymətləri olan xarici ölkələrdə yaşamaları hansı maliyyə gəlirləri əsasında təmin edilir? Axı bildiyimiz qədər, siyasi partiyaların maliyyə-hesabat dövrləri ilə bağlı tələb olunan vaxt gəlib-çıxanda onlar başlarına-dizlərinə döyərək, elə ah-vaylar salırlar ki, adam az qala, cibindəki son qəpiyini onlara vermək istəyir ki, bu günü, sabaha calasınlar və s... Üstəlik, iddia edirlər ki, hətta partiyalarında fəaliyyət göstərənlərin məvaciblərini belə, ödəməyə imkanları yoxdur.
Onların maliyyə gəlirləri müxtəlif şübhəli məqamlara söykənir
Onda yenə də sual veririk – təhsil, iş, yaşamaq və s. məsələlər üçün övladlarınızı xarici ölkələrə hansı vəsaitlərlə göndərib, onların orada uzun illərdir ki, həyat sürmələrinə özü də cah-cəlallı həyat sürmələrinə geniş şərait yaradırsınız? Biz, hələ də bu sualların cavablarını eşitməmişik, heç eşitməyəcəyik də. Çünki onların maliyyə gəlirləri müxtəlif şübhəli məqamlara söykənir. Xarici təşkilatlardan aldıqları və Gürcüstan bankları ilə nağdılaşdırdıqları vəsaitlər hesabına və bu da kimsəyə sirr deyil!
Beləliklə, “xalqın dəstəyi ilə hakimiyyətə gələcəyik” tipli boğazdan yuxarı və mikrofonlu bağırtıları ilə insanların beyinlərini yuyub, oraya çirkli maraqlarını sırımağa çalışan müxalifətçi partiya “liderləri” və funksionerlərinin əslində, fəaliyyətləri araşdırılmalı, onlar anti-Azərbaycan maraqları qarşılığında haralardansa aldıqları pul vəsaitləri barədə açıq hesabat verməlidirlər. Daha ictimai rəydə hakimiyyətə qarşı gərəksiz, lüzumsuz qıcıq yaradaraq, özlərinə sərf edən hay-küyləri ilə də ölkədəki sabitliyə burun dürtmələri ilə deyil...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB