Britaniyalı araşdırmaçı yazar və jurnalistdən şok reallıqlar Narko Qarabağ... + FOTOLAR
Harrold Keyn: “İnsan belə qeyri-adi, çoxsaylı cinayət əməlləri ilə rastlaşarkən, çətin ki, öz tərəfsizliyini qoruyub saxlasın”
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarından narkotranzit kimi istifadə edilməsi, eləcə də narko-plantansiyaların mövcudluğu barədə kifayət qədər müfəssəl məlumatlar, bu reallığı əks etdirən dəlil və sübutlar mövcuddur.
O cümlədən, bir çox xarici ölkə araşdırmaçıları və jurnalistləri də sözügedən mövzu ilə bağlı çoxsaylı materiallar hazırlayıblar. Ümumiyyətlə, bu ərazilərdən narko-trafik kimi istifadə olunması, eləcə də narkotika itehsalçılarının işğal altındakı torpaqlarımızda öz kirli bizneslərini reallaşdırmasını əks etdirən kifayət qədər yazılar, faktlar ictimailəşdirilib. Onlardan biri də Böyük Britaniyadan olan jurnalist, yazıçı-araşdırmaçı Harrold Keyndir. Dünyanın bir sıra qaynar nöqtələrini gəzən H.Keyn “Narco-Karabagh” (Narko-Qarabağ-R.R.) adlı araşdırmasında həmin ərazilərdə baş verən cinayətlər, xüsusilə Qafqaz regionunun hüdudlarından uzaq sərhədlərə qədər gedib-çıxan, beynəlxalq ictimaiyyətə öz dərin təsirini göstərəcək qədər cinayət kataloqlarını əks etdirən yazısı ilə çıxış edib.
Onu da qeyd edək ki, Keyn Qafqazda olduğu müddətdə həftələr boyu Ermənistana və Dağlıq Qarabağa səfərlər edib və özünü adi turist kimi göstərib. Məhz həmin vaxtlarda o insan alveri, narkotik qaçaqmalçılığı qanunsuz silah ticarəti və sənaye masştablarında təbii resursların oğurlanması, talanması kimi çoxsaylı cinayətlərin şahidinə çevrilib. O, bu araşdırmalarını kitab halına salaraq, şok doğuracaq tapıntılarından geniş söhbət açıb.
Həmin kitabdan bəzi çıxarışları oxucuların diqqətinə çatdırırıq.
Dağlıq Qarabağ: Ermənistan talanlar və narkotrafiklər üzərində necə yaşayır
“İnsan belə qeyri-adi, çoxsaylı cinayət əməlləri ilə rastlaşarkən, çətin ki, öz tərəfsizliyini qoruyub saxlasın. Lakin mən cəhd edirdim, çalışırdım ki, soyuqqanlı olum. Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb və bu münaqişənin Azərbaycanın ərazilərinin bir hissəsinin işğal olunması ilə nəticəsini tapması prosesi adi və normal etiraz aksiyası ilə başlamışdı. Və sonra...
Sonra hər şey qanlı-qadalı müharibəyə çevrildi. Ermənistanın indi də mövcud olduğu cəhənnəmə”.
Beləliklə, yuxarıda qeyd edilənlərlə yanaşı, Ermənistanın mövcud və ağır vəziyyətə düçar olmasının səbəblərinə də toxunan müəllif əslində, bütün həqiqətləri tam çılpaqlığı ilə dünya ictmaiyyətinin diqqətinə çatdırmış olub.
H.Keynin “Narko Qarabağ” adlı kitabı onun müfəssəl araşdırmalarının, gəldiyi qənaətlərinin nəticəsidir. Müəllif həqiqətən də Ermənistanda az zaman keçirməyib və onun məqsədi Qarabağ narkotranzitinin səbəblərini araşdırmaqdan ibarət olub. Son olaraq isə. Həmin kitabdan o da bəllidir ki, Keyn araşdırmalarında Qarabağ xuntası (separatçılar nəzərdə tutulur – R.R.) və Ermənistan rəhbərliyi tərəfindən törədilmiş tükənməz cinayətləri işıq üzünə çıxarıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB