Yaxud, bumeranq geri qayıdacaq
AXCP sədri Əli Kərimlinin hazırkı dövrə qədər maliyyə maxinasiyaları, qaranlıq bank əməlləri barədə çoxsaylı faktlar mövcuddur. O da sirr deyil ki, bu gün Qərb ölkələrində oturub, “siyasi mühacirlik” edən trolları belə, Kərimlinin cinayət qoxusu gələn vəsaitlərindən yararlanaraq, guya “siyasi mübarizə” apardıqlarını sərgiləməkdədirlər.
Lakin gəlin görək, AXCP sədri bu maliyyə vəsaitlərini daha hansı üsullarla əldə edir? Ümumiyyətlə, heç bir yerdə işləməyən, yalnız siyasi təşkilata sahib olan Ə.Kərimli özünü və ətrafındakıları hansı güc hesabına maliyyələşdirir?
AXCP sədrinin müşaviri hansı oğurluğu edib – faktlar, dəlillər, sübutlar!
Əslində, bu suala cavab taparaq, növbəti faktı ictimailəşdirmək çətin məsələ deyil. Hətta faktlar var ki, AXCP sədri cinayət törətməkdə pərgar olan adamlarını narkotik və s. məsələlərə də bulaşdıraraq, bu vasitə ilə “siyasi gəlirini” artırmaq məqsədini güdür. Misal üçün, bəlli olub ki, Ə.Kərimlinin müşaviri Qabil Məmmədrzayevin daxil olduğu cinayətkar dəstə Bakının Nəsimi rayonundakı Cavadxan küçəsində yerləşən mənzildən 200 min dollar və külli miqdarda zinət əşyaları qarət etmişdi...
Yaxud, Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin atası Məhərrəm Mirələmli 3 kiloqram 14,8 qram heroin və 2 kiloqram 307 qram tiryəklə tutulmuşdu...
Bu yaxınlarda məhkəməsi keçirilən bir qrup cinayətkarın işində 1992-ci ildə icra başçısı olmuş, Rusiyada qaranlıq bizneslə məşğul olan Saleh Rüstəmov adlı biri AXCP-ni qanunsuz maliyyələşdirib. Hətta, tutulan AXCP ali məclisi rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, gənclər komitəsi məclisinin sədri Ruslan Nəsirli də bu işdə ona yardımçı olublar və…
Və AXCP sıralarından çıxan belə fərdlər və onların çirkin əməlləri barədə daha çox faktlar ortaya qoymaq mümkündür.
Şizofrenik ideyaları ilə daha ağır vəziyyətə doğru sürüklənəcək
Ancaq daha bir ilginc məsələ Ə.Kərimlinin “qara kassa” rolunu oynayanlarla bağlıdır. Yəni, cinayət yolu ilə AXCP-ni maliyyələşdirənlər müxtəlif əyri yollarla bu əməllərini davam etdirsələr də, onlar ifşa olunurlar. Nəticədə isə, bir-bir sıradan çıxdıqca, ifşa olunduqca, Kərimlinin maliyyə kanalları da bağlanır və bu səbəbdən o, psixoloji gərginlik yaşayır, özünü normal apara bilmir, hətta AXCP kuluarlarında Əli Kərimlinin şizofren olması haqqında da söz-söhbətlər gəzib-dolaşmaqdadır. Bütün bunlar isə, növbəti dəfə isbat edir ki, psixoloji natarazlığı olan AXCP sədri yaxın vaxtlarda şizofrenik ideyaları ilə daha ağır vəziyyətə doğru sürüklənəcək.
Daha bir məsələ AXCP sədrinin trollarının tez-tez sosial şəbəkələrdə verdikləri suallarıdır – Ə.Kərimlinin cinayətləri varsa, o niyə həbs edilmir? Bu sualın isə cavabı bəsit və yerindədir: AXCP sədri katalizator kimi hər zaman başqalarını alət edir, onları həbs etdirir və nədənsə, qazanan ancaq Kərimli ailəsi olur. Ruslan Bəşirlidən tutmuş Fuad Qəhrəmanlıya, Gözəl Bayramlıya, Əfqan Muxtarlıya və sairlərə qədər həbs edilənlərin hər birinin haqqı bilavasitə Ə.Kərimlinin boynundadır!
Bu arada, hətta lideri Əbülfəz Elçibəyə qarşı ən alçaq yollarla xəyanət etmiş Ə.Kərimli barədə qardaşı Almurad Əliyevin sözlərini xatırlamaq olardı. SİTAT: “Əbülfəz Elçibəyə xəyanət edənlərin hamısı cəzalandırılıb. Yalnız bir nəfər cəzasız qalıb...”
Cəzasız qalan isə məhz Ə.Kərimlidir – ona inanan tərəfdarlarının həyatlarını zəhər və zəqquma döndərən, onların həbsləri üzərində özünə siyasi divident qazanmağa çalışan, hətta şeytanla belə, əməkdaşlığa gedə biləcəyini etiraf edən AXCP sədri, Əli Kərimli..!
Rövşən RƏSULOV
P.S. Bumeranaq zərbəsi ifadəsi elə belə işlədilməyib və bir gün Ə.Kərimlinin atdığı bumeranq mütləq şəkildə qayıdıb, birbaşa öz başını çatladacaq. Buna heç bir şübhə yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB