Təbrizin Ticarət-Sənaye palatasının sədri: “Qərbin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi hazırki vəziyyəti daha da gərginləşdirir” - MÖVQE

Təbrizin Ticarət-Sənaye palatasının sədri: “Qərbin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi hazırki vəziyyəti daha da gərginləşdirir” - MÖVQE

Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapmalıdır və Qərbin münaqişəyə müdaxiləsi hazırki vəziyyəti daha da gərginləşdirir. SİA-nın Fars News-a istinadən verdiyi xəbərə görə, bunu Təbrizin Ticarət-Sənaye Palatasının sədri Hauşent Fakir Moskva Ticarət palatasında İranın nümayəndə heyətinin rəhbəri Rəcəb Səfərovla görüşü zamanı bildirib. O, qeyd edib ki, münaqişənin həlli Culfa-Moskva dəmir yolunun yenidən bərpasına gətirib çıxaracaq: "İslam İnqlabının qalıb gəldiyi dövrdən əvvəl hər gün bu dəmir yolu vasitəsi ilə 400-ə yaxın yüklü vaqonla ticarət malları ixrac olunurdu. Hazırda bu dəmir yolunun fəaliyyət göstərməməsi exporta mənfi təsir göstərən amillərdən birinə çevrilib".

Öz növbəsində Rəcəb Səfərov vurğulayıb ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Münaqişə danışıqlar yolu ilə öz həllini tapdığı təqdirdə İranın regiondakı rolu genişlənəcək. Bu isə Qərbin maraqlarına əks bir mövqedir".

Bütün xəbərlər Facebook səhifəmizdə