"Suriyadakı müharibə hələ bitməyib"

"Suriyadakı müharibə hələ bitməyib"

İordaniyaya səfər edən Fransanın xarici işlər naziri Jan-İv Le Drian bu ərazilərdə qeyri-qanuni terrorçu qruplara qarşı müharibənin başa çatmadığını və döyüşçülərin məğlub olduqlarına inananların "yanlış" olduğunu bildirib. SİA bu barədə xarici mətbuta istinadən xəbər verir.

"Suriyada müharibə hələ bitməyib. Bir-biri ilə kəsişən iki müharibə davam etməkdədir. Biri fəaliyyətinə qadağa qoyulan İslam Dövlətinə qarşı, o biri isə ölkə daxilində vətəndaş müharibəsidir", - deyə XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, Fransa Suriya böhranının siyasi həllini müdafiə etməyə davam edəcək.

"Suriyada baş verən proseslər ölkədə növbəti seçkilərin keçirilməsini tələb edir. Suriya vətəndaşları öz gələcəklərini müəyyən etməlidirlər",- deyə Jan-İv Le Drian qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə