Bu gün Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri həbsdə olan blogger Mehman Hüseynovla görüşüblər. SİA-nın məlumatına görə, komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov görüşdə çəkdiyi fotonu "Facebook" sosial şəbəkəsindəki hesabında paylaşıb. Görüşün bir neçə saat əvvəl baş tutduğunu bildirib. Fotolardan da göründüyü kimi, M.Hüseyunovun sağlamlıq vəziyyəti yaxşıdır və onun aclıq keçirmədiyi faktı ortadadır. Belə ki, S.Məmmədov da M.Hüseynovun vəziyyətinin çox əla olduğunu, hətta kökəldiyini deyib. “Mehman Hüseynov maye və duru yeməklər qəbul edir, çoxlu yoğurt yeyir. Onun mədəsində qastrit olduğu deyilir”, bildirən S.Məmmədov M.Hüseynovun bu gün atası ilə də görüşdüyünü də bildirib.
“Atası ona sovqat gətirib. Sovqatın nədən ibarət olduğuna kamerada baxdıq. Mehmanın saxlanma şəraiti ilə də tanış olduq. Onlar 4 nəfərlik yerdə 3 nəfər qalır. İstilik sistemi yaxşıdır, otağında televizor da var. Özünün də saxlanma şəraitindən şikayəti yoxdur”, deyə hüquq müdafiəçisi bildirib.
Xatırladaq ki, bir sıra saytlarda və sosial şəbəkələrdə M.Hüseynovun “günlərdir” aclıq aksiyasını davam etdirdiyi iddia edilsə də, Penitensiar Xidmət onun yalnız 26 dekabrda aclıq etdiyini, bir gün sonra isə aksiyanı dayandırdığını bildirmişdi.
Bu günkü görüş isə artıq bütün yanlış iddiaları yalan olduğunu bir daha sübuta yetirdi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB