Baş Qərargah rəisləri nəyi müzakirə ediblər?

Baş Qərargah rəisləri nəyi müzakirə ediblər?

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunfordla telefon danışığında Suriya məsələsini müzakirə ediblər. SİA Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Qerasimov amerikalı həmkarı ilə telefon danışığında Suriyada iki tərəfin əlaqə kanallarının qorunub saxlanılmasını istəyib.

Bildirilib ki, ötən gün baş tutan telefon bağlantısında iki general Suriyada son proseslər haqda fikir mübadiləsi aparıblar və tərəflər üçün əhəmiyyət kəsb edən mövzulara toxunublar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə