Putin yenə Koçaryanı təbrik elədi Paşinyanla görüşəndən sonra!

Putin yenə Koçaryanı təbrik elədi Paşinyanla görüşəndən sonra!

Rusiyanın prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşdükdən sonra Ermənistanın ikinci prezidenti, məhz Paşinyan iqtidarı tərəfindən həbsə atılan Robert Koçaryana təbrik ünvanlayıb. SİA Rusiya prezidentinin dəftərxanasına istinadən xəbər verir ki, təbrikində qarşıdan gələn yeni il münasibəti ilə bağlı xoş sözlərini çatdıran Putin ona möhkəm olmağı və ruhdan düşməməyi arzulayıb.

Məhz Nikol Paşinyanla görüşdən dərhal sonra Putinin belə bir addım atması bir daha belə deməyə əsas verir ki, artıq Rusiyanın Ermənistanın yeni hakimiyyəti ilə yolları ayrılmaq üzrədir. O cümlədən, Rusiya prezidentinin Paşinyanı parlament seçkilərində qazandığı “qələbə” münasibəti ilə dərhal təbrik etməməsi, eləcə də bu təbrikini 20 gün sonra onu Kremlə “siyasi xalça” üzərinə çağıraraq etməsi özü-özlüyündə bütün kartları açıq şəkildə ortaya qoymaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə