Avropada oturum icazəsi üçün siyasi sifariş... - TƏHLİL

Avropada oturum icazəsi üçün siyasi sifariş... - TƏHLİL

Yaxud Azərbaycan dövlətinə, xalqına və onun məmurlarına qarşı son hücumların əsas səbəbləri hər kəsə bəllidir

Son günlər sosial şəbəkələrdə Avropada yaşayan və anti-Azərbaycan dairələrinin siyasi sifarişlərini reallaşdıran "təhqir maşınları" Azərbaycan dövlətini və xalqını hədəfə almaqla yanaşı, hakimiyyətin aparacı məmurlarını təhqir edir və onların ictimai nüfuzuna xələl gətirməyə çalışırlar.

Problemlə bağlı sosial şəbəkə səhifəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazmışdı ki, Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub, anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin, heç bir reallığa uyğun gəlməyən iddialarına, artıq adət edib və tam səmimi demək olar ki, artıq buna əhəmiyyət də vermir. Lakin düşünürəm ki, bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar: "Onların etdikləri isə, yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir və bu, artıq heç kimə sirr deyil. Buna görə də, əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma, dövlətimə, ölkə başçısına və Onun ailəsinə, məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri qanun qarşısında cavab verməlidirlər".

Əlbəttə, onlara verilən sifariş belədir ki, Azərbaycan dövlətinə, xalqına və hakimiyyətinə qarşı ən ağır formada təhqirlərdən istifadə edib, sosial şəbəkələrdə qarayaxma kampaniyası aparsınlar. Kimlərdir onlar..?

Onlar ailəsi tərəfindən imtina edilmiş, psixoloji durumu yerində olmayan Qurban Məmmədov, Rusiya hərbi kəşfiyyatının diversantı, terrorçu Orduxan Teymurxan, Avropada saxta

sənəd və mühacir alveri ilə məşğul olan Tural Sadıqlı, ermənilərin maliyyələşdirdiyi saxta hərbi ekspert İsa Sadıqov, rüşvətxor və dələduz Elşad Abdullayev, qrant ümidinə yaşayan Məhəmməd Mirzəli, Fransanın və Almaniyanın küçələrində sülənən Rəfail Piriyev, Camal Seyidli və etnik separatizmi təbliğ edən, talışların nifrət bəslədiyi Əlikram Hümbətovun əlaltısı olan Azər Kazımzadə kimi "təhqir maşınları"dır.

Azərbaycan xalqının malik olduğu bütün mənəvi-əxlaqi dəyərlərə tüpürən bu ünsürlər qrant və erməni ianələri üçün öz şərəflərini belə satış vitrinlərinə yerləşdiriblər. Anlamırlar ki, siyasət embisillərin, reneqatların və əxlaq koordinatları pozulmuş ünsürlərin yeri deyil. Adları çəkilən "təhqir maşınları"nın yeri yalnız həbsxanadır. Əgər onların qarşısı qanunla alınmasa, təhqir kampaniyası bütün sərhədləri aşacaq və xalqımızın mentalitetinə zidd mövzulara qarışacaq. Çünki haqlarında cinayət işi qaldırılandan sonra ciddi təlaşa düşən "təhqir maşınları" artıq hərəkətlərinə də nəzarət edə bilmirlər. Elə Lapşin də həbsxanaya gedən yola bu cür başlamışdı...

Məsələn, Almaniyanın qaçqın düşərgələrində gecələyən, savadını "söyüş kitabı"ndan almış Rəfail Piriyev və Camal Seyidli kimilər hər gün sosial şəbəkədə təhqir və təhdid dolu mesajlar göndərməklə məşğuldurlar. Özlərini siyasi mübarizə aparırmış kimi göstərən bu fərdlərin nə etikası, nə də elementar siyasi biliyi vardır. Ümumiyyətlə, heç bir savadı olmayan C.Seyidli Azərbaycanda maşın ustası kimi fəaliyyət göstərən zaman yaşamağın rahat yolunu tapır və bunun üçün Əli Kərimlinin "arayış bazarına" müraciət edir. Beləliklə, müəyyən təlimlər keçdikdən sonra bir-iki mitinqdə polisə müqavimət göstərərək, özünü məcburi şəkildə polis "dubinka"sının altına atıb, təqib edildiyini söyləyir və "arayış"ı alaraq, dərhal Almaniyaya üz tutur. Lakin orada qala bilmək üçün siyasi fəaliyyət göstərməli olduğundan, öz "bacarığı" (söyüş söymək) çərçivəsində aktivlik nümayiş etdirir. "Facebook" hesabında Naxçıvanda yaşadığını qeyd edən bu fərd onu tanımayanlara guya ölkədə oturub etirazını bildirirmiş kimi göstərməyə çalışır. Bu səbəbdən də, ictimaiyyətdə müəyyən suallar yaranır ki, siyasi mübarizə budurmu? Savadını "söyüş kitabı"ndan almış, pula görə Vətənini və millətini satanların siyasi iddialarına inananlar varmı..?

Yaxud Gürcüstanın Tbilisi şəhərinin küçələrindəki gecəqondularda yaşayan separatçı Əlikram Hümbətovun xələfi A.Kazımzadəyə inan varmı? Azər Kazımzadənin savadının yoxluğu bir yana, o, həm də separatçılarla iş birliyindədir. Təbii olaraq, tarixi nə inkar, nə də gizlətmək mümkündür. Çünki o, canlı insanların da yaddaşlarında qalır və zamanı gəldikcə açıqlanır. Elə separatçı A.Kazımzadə ilə Ə.Hümbətovun Azərbaycan dövləti və xalqı əleyhinə yönəlmiş fəaliyyəti kimi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevi xalq hakimiyyətə dəvət edəndə, Füzulidə ermənilərə qarşı vuruşmalı olan Ə.Hümbətov silahını Bakıya qarşı çevirmişdi. Rayonda onun göstərişi ilə ətrafa atəş açılır, insanlarda vahimə yaradılır və Füzulinin boşaldılmasına şərait yaradılırdı. Hətta şahidlərin sözlərinə görə, Əlikram Hümbətov və onun silahlıları Əbdürrəhmanlı kəndində ata-balanı güllələdilər, namusuna toxunulmasını istəməyən gəlin isə, özünü tankın altına atmışdı. Bəli, Azərbaycanı parçalamaq niyyətində olan və özünü "Talış-Muğan Respublikası"nın "prezidenti" elan edən Ə.Hümbətovun talış xalqı adına etmək istədiyi xəyanətin qarşısını elə o zaman sadə talış camaatı almışdı. Bu da səbəbsiz deyildir. Çünki talış xalqı hər zaman Azərbaycan xalqının və dövlətinin bütövlüyü uğrunda çalışıb, şəhidlər verib, amma heç zaman separatçılara dəstək verməyib. Elə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun şücaəti hər bir azərbaycanlı gənc üçün örnək oldu.

Bu gün separatçı A.Kazımzadə ilə Əlikram Hümbətovun talış xalqı adından sui-istifadə edib Azərbaycan dövləti və xalqı əleyhinə ermənilərlə eyni cəhbədə durması təəssüf doğurur. A.Kazımzadə Əlikram Hümbətov vasitəsilə erməni təşkilatlarından aldığı ianələr hesabına separatizmi təbliğ edir, insalar arasında çaşqınlıq yaratmağa çalışır. Bir sözlə, A.Kazımzadə vaxtilə Əlikram Hümbətovun Azərbaycan xalqına qarşı yönəlmiş xəyanətlərini davam etdirir. Cəmiyyət artıq düşünür ki, hələ 90-cı illərin əvvəllərində Ə.Hümbətovun xəyanətinin qarşısını almış sadə talış camaatı və gəncləri bugünkü separatçı A.Kazımzadənin də qarşısını alacaq, onun spekulyativ fəaliyyətini rədd edəcək.

Ümumiyyətlə, dövlət məmurlarını hədəfə alıb siyasi dividend qazanmağa çalışanların sırasında çox antimilli ünsür var. Onların arasında A.İsmayılov, B.Hacıyev, S.Osmanqızı, Q.Məmmədov, V.İsgəndərli və başqaları yer alıb. Adlar fəqrli olsa da, onların hamısının bir məqsədi var: anti-Azərbaycan dairələrinin Azərbaycan dövlətini və xalqını əldə etdiyi nailiyyətlərdən məhruz etmək, ölkəmizin tərəqqisində əyləc mexanizmi rolunda çıxış etməkdir. Əslində, Əli Kərimlidən tutmuş O.Teymurxana qədər olan antimilli ünsürlər, iaşə, söyüş müxalifətini düşündürən, qrantlar və saxta sənədlərlə Avropada siyasi oturum almaq istəyənlərin niyyətlərini və məqsədlərini çılpaqlığı ilə Məhəmməd Mirzəli üzə çıxarmışdı. Məlum hadisə zamanı M.Mirzəli videosunda deyib ki, "Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, ancaq nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb, məndən pul qazandın". M.Mirzəli burada qrant dedikdə, 80 min avrodan söz açırdı. Kor-kor,gör-gör...

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə