“Ermənistan iqtisadi vəziyyətini düzəltmək üçün konkret layihələr həyata keçirməli, ianələr hesabına deyil, yeni iş yerləri açaraq vətəndaşlarının sosial vəziyyətini yaxşılaşdırmalıdır. Amma onların hazırda bunu etmək üçün heç bir iqtisadi imkanları yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.
O bildirib ki, Ermənistanın ağır vəziyyətə düşməsinin əsas səbəbi həyata keçirdikləri işğalçılıq siyasətidir: “Ermənistan bu siyasətindən əl çəkmədiyi üçün bütün beynəlxalq layihələrdən uzaqda qalıb. Bu azmış kimi Paşinyan bir tərəfdən də Moskva ilə münasibətlərini korlayır. Heç kimə sirr deyil ki, Ermənistan iqtisadiyyatının 80 faizini Rusiya şirkətlərinin əlindədir. Rusiyanın tapşırığı ilə artıq İranda Ermənistanla heç bir iqtisadi əlaqələrə getməyəcək”.
Politoloq söyləyib ki, bütün bunları nəzərə alaraq deyə bilərik ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqeyə gəlməkdən başqa çıxış yolu yoxdur: “Ermənistan Rusiyanın caynağına elə keçib ki, oradan qopmaq üçün çoxlu sayda qurbanlar verməli, külli miqdarda maliyyə vəsaiti lazımdır. Hesab edirəm ki, Paşinyan bunu yaxşı başa düşür və elə buna görə də seçkidən sonra Türkiyə faktorunu hallandırmağa başladı. Türkiyə ilə münasibətlərin normallaşdırması ilə bağlı Paşinyanın fikirləri onun deyil, Qərbin Paşinyana etdiyi birbaşa diktədir. Türkiyə ilə münasibətləri normallaşdırmaqla Qərbə Ermənistana çıxış yolu əldə etməyə çalışır. Onlar bu yolla Ermənistana sərmayələr qoyaraq ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyirlər. Amma hər kəsə məlumdur ki, bu, hazırkı vəziyyətdə mümkün deyil. Çünki qardaş ölkə tərəfindən də dəfələrlə rəsmi mövqe bildirilib ki, iki ölkə arasında sərhədlər yalnız işğalçılıq siyasətinə son qoyulması nəticəsində mümkün ola bilər”.
S. İsgəndərov qeyd edib ki, hazırda Paşinyan hakimiyyətinin və eləcə də Ermənistanın təhlükəsizliyinin təmini ilə bağlı yalnız bir çıxış yolu var ki, o da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əncam çəkməsidir: “Bu olmasa həm Ermənistan, həm də Paşinyan üçün vəziyyət o qədər də yaxşı olmayacaq. Paşinyan qarşıdakı 4 il müddətində baş nazir kürsüsündə əyləşə bilər. Amma bu o demək deyil ki, o hansısa uğurlara nail ola biləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB