Ombudsman Norveçin ölkəmizdəki səfirini qəbul edib

Ombudsman Norveçin ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Norveçin ölkəmizdəki səfiri Erlinq Şönsberqi onun xahişi ilə qəbul edib. SİA-nın xəbərinə görə, E.Süleymanova səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümid bəslədiyini söyləyib.

O, Norveçdə və başqa ölkələrdə Ombudsmanların beynəlxalq toplantılarına Norveçin Ombudsmanı ilə birgə qatıldığını diqqətə çatdırıb. Müvəkkil fəaliyyətində dövlət qurumları və QHT-lərlə bərabər, beynəlxalq əməkdaşlığa da önəm verdiyini, rəhbərlik etdiyi təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutunun və Asiya Ombudsmanlar Assosiasiyasının üzvü olduğunu söyləyib.

Səfir E.Şönsberq Azərbaycan Ombudsmanı ilə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmağın faydalı olduğunu bildirmiş, Müvəkkilin insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyətində əsas istiqamətlərlə, eyni zamanda Müvəkkilə verilmiş yeni səlahiyyətlərlə maraqlanmış, bununla bağlı ona ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə