Seçkilər ədalətli keçirilməyib "SASNA-SRER"

Seçkilər ədalətli keçirilməyib "SASNA-SRER"

Ermənistanda ötən həftənin bazar günü keçirilmiş erkən parlament seçkiləri ilə bağlı “Sasna-srer” partiyası bəyanat yayıb. SİA lragir.am-a istinadən xəbər verir ki, bəyanatında seçkilərin “şəffaf” keçirildiyi bildirilsə də, proses zamanı ciddi pozuntuların olduğu qeyd edilib. Həmçinin, seçki kodeksi ilə bağlı iradını bildirən “Sasna-srer” partiyası bəyan edib: “Buna rəğmən, seçkilərin nəticələrinə müəyyən mənada bir sıra faktorlar təsir göstərib və bunu seçki kodeksində və “partiyalar haqqında” qanunda dəyişikliklərin edilməməsi ilə əlaqələndirmək olar”

“Bu səbəbdən, seçkilərdə iştirak edən qüvvələr arasında əsəbi rəqabət aparılıb və əlinə düşən bu imkandan istifadə edən oliqarxiya seçkilərə qatılmaqla, parlamentə sıza bilib”, deyə bildirilən bəyanatda bu amillərin nəzərə alınaraq, seçkilərin ədalətli keçirilməsində şübhələrin olduğu deyilib: “Biz, vurğulamağa məcburuq ki, məhz bu səbəblərdən seçkilərin tam şəkildə ədalətli keçirildiyini demək olmaz”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə