Dekabrın 27-də Milli Olimpiya Komitəsində (MOK) 2010-cu ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirakına, qazandıqları qələbələrə həsr olunmuş fotosərgiyə baxıb. Sonra təqdimetmə mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dövlət başçısına idmançılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.
Beynəlxalq Hərbi İdman Şurasının üzvü polkovnik Natiq Əliyev şuranın mükafatını prezident İlham Əliyevə təqdim edib.
Sonra 2010-cu ilin yekunlarına görə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar, yeni mənzillərin orderləri təqdim edilib.
İdman ictimaiyyəti adından prezident İlham Əliyevə təşəkkür edən MOK İcraiyyə Komitəsinin üzvü, Azərbaycan "Kitab" Cəmiyyətinin sədri Zərifə Salahova "Heydər Əliyevin neft strategiyası" miniatür kitabını dövlətimizin başçısına təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB