Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən, muğamların mahir ifaçısı Bəhram Süleyman oğlu Mənsurovun 100 illik yubileyi qeyd ediləcək. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Bəhram Mənsurovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB