“Mənim addımım” seçki blokunun siyahısına başçılıq edən Nikol Paşinyan metropolitendən canlı yayıma çıxdığına görə, qanun qarşısında cavab verəcəyinə ümid edir. SİA xəbər verir ki, bu barədə aysor.am yazır. “Ümid edirəm ki, mən buna görə qanunun tələb etdiyi ən ciddi cəzaya layiq görüləcəm”, deyən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan jurnalistin ona metropolitendən canlı yayıma çıxmağın qadağa olunması ilə bağlı iradına münasibətini bildirərkən deyib.
Paşinyan onu da bildirib ki, bu ilk dəfədir ki, baş vermir və daha öncəki seçkilərdə də İrəvan metropolitenindən canlı yayımlara çıxıb.
Bu arada, sosial şəbəkələrdə Nikol Paşinyanın “qanunun bütün sərt tələbləri qarşılığında cavab verməyə hazıram” ifadəsi birmənalı qarşılanmayıb və istifadəçilər qeyd ediblər ki, o, bu vasitə ilə özünün təbliğatını aparmaq məqsədini güdür. Eyni zamanda, hakimiyyət onun əlində olduğu üçün, nümayişkəranə şəkildə cərimə ödəyib, bununla guya qanunlara əməl etdiyini göstərəcək. Halbuki, onun özü də yaxşı bilir ki, metropolitendən canlı yayıma çıxmaq qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB