"Respublika Partiyası yeni parlamentdə təmsil olunmayacaq" "Yelk" fraksiyası

"Respublika Partiyası yeni parlamentdə təmsil olunmayacaq" "Yelk" fraksiyası

Ermənistan parlamentinin “Yelk” fraksiyasını təmsil edən deputatı Alen Simonyan Respublika partiyasının yeni parlamentdə təmsil olunmayacağı ilə bağlı inamını ifadə edib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Simonyana görə, xalq bir daha bu səhvi təkrarlamayacaq.

“İnanıram ki, Ermənistan vətəndaşları bir də bənzər səhvə yol verməyəcəklər”, deyən erməni deputat jurnalistin, Respublika partiyasından olan təmsilçilərin “Mənim addımım” seçki blokunun namizədlərinin yalnız onlar barədə danışdıqları iddiası ilə çıxış etmələrinə aid sualını da cavablandırıb və bildirib ki, bu, çox normal və məntiqlidir.

“Belə ki, Respublika Partiyası ölkəni 25 il idarə ediblər və ona görə də tənqid yalnız onlara aid edilməlidir. Ümid edirəm ki, seçkilərdən sonra Respublika Partiyasının ünvanına səslənən bu kimi tənqidlər səngiyəcək, çünki bu partiya yeni parlamentdə təmsil olunmayacaq”, deyə deputat qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə