Eldar Əzizov: “Yeni ildə Gəncədə bir sıra iri müəssisələr fəaliyyətə başlayacaq”
"Yeni ildə Gəncə şəhərində bir sıra iri müəssisələr fəaliyyətə başlayacaq. Xüsusilə alüminium və poladəritmə zavodlarının fəaliyyətə başlaması nəzərdə tutlur. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.
Onun sözlərinə görə, 2011-ci ildə, həmçinin "İmamzadə" kompleksinin və "Xan Bağı" Mədəniyyət və İstirahət Parkının yenidən qrulmasından sonra istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il ikinci dərəcəli, yəni küçə və məhəllə yolları da abadlaşdırılacaq.
"Gəncədə artıq mərkəzi yolların yenidən qurulması işi yekunlaşıb. Yeni ildən dövlət başçısının tapşırığına uyğun olaraq küçə və məhəllədaxili yollara yeni asfalt örtüyü çəkiləcək", E.Əzizov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB