Paşinyan və onun kamandasına qarşı narazılıqlar başlayıb TƏHLİL
Ermənistana məxsus bir sıra mətbuat səhifələrində artıq etiraf olunur ki, Nikol Paşinyan demokratiya adı altında yalnız populizmlə məşğuldur. Hətta qeyd olunur ki, o bu populist çıxışlara davam edəcəksə, ölkənin vəziyyəti daha acınacaqlı olacaq. Ermənilərin səbr kəsasının dolmaqda olduğunu etiraf edən erməni mətbuatı onun reytinqinin durmadan aşağı düşdüyünü də gizlətmir.
Uzun zamandır səfalət içərisində yaşayan Ermənistan mətbuatında, daha dəqiq desək, məsələn, http://armenianreport.com saytında qeyd olunur ki, Nikol Paşinyanın ehtiyatında elə də çox zaman qalmayıb. Əgər o öz populyarlığının zenit nöqtəsində olduğu zaman erməni iqtisadiyyatında köklü islahatlar aparmayıbsa, deməli, həmin ölkə öz əvvəlki səfalət həyatına bundan sonra da davam edəcəyi heç şübhə doğura bilməz.
Nikol Paşinyanın əvvəlkli tərəfdarlarında belə inqlab adlandırdıqları hakimiyyət dəyişkənliyindəki eyforiya qalmayıb və reytinqi düşməkdədir
Sözügedən saytda xüsusilə vurğulanır ki, Paşinyan və onun ətrafındakılar islahatlar əvəzinə yalnız öz siyasi aponentləri ilə hesablaşmağa konsentrasiya olunublar. Real işlər əvəzinə öz rəqibləri ilə mübarizəyə üstünlük verən Paşinyan və onun kamandası yeni hakimiyyətə hava, su kimi qiymətli zamanı qaçırdıqları da etiraf olunur. Etiraf olunur ki, məhz bu səbəbdən də onun reytinqi durmadan aşağı düşür və tezliklə yox dərəcəsində olacaq.
Hadisələrin gedişi təsdiq edir ki, Nikol Paşinyanın optimist bəyanatlarına baxmayaraq onun müdafiəsinə əvvəlkindən artıq əhəmiyyətli dərəcədə az adam çıxır. Hətta əvvəlkli tərəfdarlarda belə inqlab adlandırdıqları hakimiyyət dəyişkənliyindəki eyforiya qalmayıb. Səbəb də gün kimi aydındır və odur ki, ölkə daxilində saysız-hesabsız problemlər olduğu kimi qalıb və yeni hakimiyyət bu problemlərin həllini belə düşünmür də. Korrupsiya ilə mübarizə barədə ola bilsin ki, hansısa tədbirlər nəzərə çarpırsa da bütün bunlar yalnız kiçiq miqyasda təzahür edir. Bu isə ölkənin səfalətdən xilas olması üçün yetərli deyil.
“Erməni inqlabçısı” hələ də özünü ölkə rəhbəri, dövlətə görə cavabdeh siyasətçi yox, küçə nümayişçisi, inqlabi lider hiss edir
Ölkənin durumunda, əhalinin yaşayış şəraitində, vəziyyətində müsbətə doğru heç bir dəyişiklik hiss olunmur. Heç hiss olunacağına da güman yoxsur. Çünki, əhalinin yaşayış şəraitinin, ölkənin durumunun yaxşılaşdırılması üçün yalnız iqtisadi inkişaf, islahatlar, maliyyə sektorunun canlanması tələb olunar ki, bu istiqamətdə də tədbirlər gözə dəymir. Paşinyanın fəaliyyətinə nəzər saldıqda aydın şəkildə bəlli olur ki, o hələ də özünü ölkə rəhbəri, dövlətə görə cavabdeh siyasətçi yox, küçə nümayişçisi, inqlabi lider hiss edir. Fəaliyyəti də yalnız populizm və dedoqoqluqdan ibarətdir və bu barədə danışmağı xoşlasa da, bu şəkildə danışmağa üstünlük versə də bu vaxta qədər hələ də xalq üçün faydalı nəticələr əldə edə bilməyib.
Paşinyanın reytinqinin aşağı düşməsi tamailə qanunauyğundur. İnsanlar Sarkisyan rejinə nifrətini izhar edib gələcəyə ümidlər bəsləsələr də çevrilişdən sonra gözlədikləri müsbət nəticəni 7 aydır ki, görə bilmirlər. Əvvəl necə idisə, indi də elədir. İndi əhalinin bəlli bir təbəqəsində Paşinyan və onun kamandasına narazılıqlar formalaşıb. Ona görə də şənbə günü küçə nümayişçisinə son dəfə özünün də nəzərində tutduğundan əhəmiyyətli dərəcədə az adam dəstək üçün qatılıb.
Ermənilərin, lap elə Paşinyanın özünü dəstəkləyən kantingentin belə səbri heç də sərhədsiz və sonsuza qədər deyil
Yeni hakimiyyətinin özünün də parlament seçkiləri barədə qərarlaşdırdığı zamanın dəyişdirilməsi göründüyü kimi heç də təsadüfi deyil. Əgər 2019-cu ilin yazında planlaşdırılan seçkilər cari ilin dekabrına keçirilməsində olan tələskənliyin də səbəbləri var. Səbəb də odur ki, parlament seçkilərini tezləşdirməklə həm Paşinyanın və kamandasının rəqiblərinin seçkiyə qədər güc toplamalarına, qruplaşmalarına mane olmaq, eyni zamanda onun özünün reytinqinin azalmasıdır.
Nəzərə almaq lazımdır ki, erməni xalqının, lap elə Paşinyanın özünü dəstəkləyən kontingentin səbri heç də sərhədsiz və sonsuza qədər deyil. Əgər Nikol Paşinyan iqtisadi sferada, daxili və xarici siyasətdə tutarlı addımlar atmadan populizm və dedmoqoqluqla məşğul olmağa davam edəcəksə, sonuna tamamilə az qalıb. Hadisələrin gedişi isə təsdiq edir ki, ölkə üçün əhəmiyyətli islahatların keçiriləcəyinə belə ümid yoxdur və hələ uzun zaman Paşinyan yalnız rəqibləri, onların zərərsizləşdirilməsi, hakimiyyət uğrunda mücadilə edəcək və nəticədən asılı olmayaraq bu da onun populyarlığının, hətta hakimiyyətinin belə sonunu vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB