“Böhranın yaşandığı bölgə olan Kerç boğazı, Qara dənizin geosiyasi baxımdan ən mühüm sahələrindən biri olmaqla yanaşı Krımın ilhaqıyla birlikdə Rusiyanın milli təhlükəsizliyi baxımından da əhəmiyyət kəsb edir. Bir tərəfdən, Rusiya ilə Krım arasında iqtisadi əlaqə və nəqliyyat, təhlükəsizlik və hərbi strateji baxımdan üstünlüklər təmin etməklə bərabər may ayında istifadəyə verilən körpü ilə yanaşı geostrateji önəmini daha da artıran Kerç boğazı Azov dənizinə giriş baxımından Rusiyanın hakimiyyətini möhkəmləndirir. Ayrıca təxminən 6 aya qədər əvvəl istifadəyə açılan körpü isə Moskva rəhbərliyi tərəfindən Krımın Rusiyanın tərkibinə qatılmasının təsdiqidir”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, Rusiya tərəfindən həm siyasi-hərbi, həm də pisxoloji önəmi olan Kerç boğazında Ukraynanın son dönəmdə regional və ya beynəlxalq konyukturda ciddi bir dəyişiklik olmamasına baxmayaraq belə bir həmlənin edilməsi ən azından şərh edilməli olan bir vəziyyətdir: “Bu məqamda Ukrayna rəhbərliyinin həm daxili, həm də xarici siyasətdə istifadə edə biləcək bir böhran müddətinin başladığını ifadə edə bilərik. Yaxınlaşan seçkilər zamanı aparılan anket sorğularında Ukrayna prezidenti Petro Poroşenkonun, keçmiş prezident Yuliya Timoşenko qarşısında ciddi mənada geri qaldığına dair nəticələr əldə edilməkdədir. Bu zaman Poroşenko rəhbərliyi baş vermiş böhranla milliyətçiliyi birləşdirərək səs faizlərini qaldırmağı məqsəd olaraq qarşısına qoyduğu görülməkdədir.
Bununla birlikdə mövcud rəhbərlik hərbi vəziyyət elan etməklə seçkiləri təxirəsalma variantını da müzakirəyə çıxara bilər. Xarici siyasət bağlamındaysa Sovetlər Birliyinin nüfuz dairəsində olan dövrümüzdə Sovet nüfuzunun yerinə Rus nüfuzunu rədd edən Ukraynanın NATO üzvlüyünü təminetmə məqsədi də yer ala bilər. Üzvlük məsələsi mübahisəli olan və qəbul edilməsi üçün zəruri dəyişikliklərin reallaşdırması üçün ən azı 10 ilə ehtiyacı olan Ukraynanın beləcə, üzvlük məsələsini "təhlükəsizlik" məsələsi halına çevirmə ehtimalının da mövcud olduğunu söyələyə bilərik. Böhranın digər tərəfi olan Rusiya isə xüsusilə Vladimir Putinin rəhbərliyə gəlməsindən etibarən daxili problemlərinin böyük bir qisimini həll etməklə bərabər həm sərt, həm də yumşaq güc kontekstində əhəmiyyətli məsafələr qət edib Bu səbəblə qlobal aktyor meyli göstərməyə başlayan və beynəlxalq siyasət kontekstində istər Sovetlər Birliyi, istərsə də Çar Rusiyası həsrətinə sahib Moskva rəhbərliyi revizionist hərəkətlərdən çəkinmir. Qərb əleyhinə reallaşdırdığı revizionist hərəkətlərinə səssiz qalınan və ya lazımi cavab verilməyən Rusiya, son dövrlərdəki beynəlxalq konyoktural şərtlərin də özü baxımından uyğun olduğu reallığından hərəkət edərək Ukraynaya qarşı güc tətbiq etməkdədir.
Rusiya tərəfinin bu məqamda verməyə çalışdığı ən əhəmiyyətli mesaj isə "arxa bağçası" olaraq gördüyü köhnə Sovet ərazisində tək söz sahibi olduğu və hər hansı bir təhlükə qarşısında hərbi gücündən istifadə etməkdən çəkinməyəcəyidir. Beynəlxalq ictimaiyyətə və bütün aktyorlara birbaşa mesaj olaraq qəbul edilən Rusiyanın son həmləsinin Rusiya və Ukrayna arasında yaşanan iki tərəfli bir böhran və ya yalnız Qaradəniz geosiyasət kontekstində ələ alınacaq bir məsələ olmadığını da ifadə etmək lazımdır. Bu kontekstdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) hegemoniyasının ən mühüm sütunu olan Atlantik İttifaqında baş verən hadisələr müzakirə olunmalıdır. Bilindiyi üzrə ABŞ prezidenti seçilən Donald Tramp, vəzifəyə başlaması ilə birlikdə Almaniya ilə əlaqələrin problemli bir hal aldığı dövrə girildiyini qeyd etmək yerinə düşər.
Bununla birlikdə yaxın dövrdə Fransa prezidenti Emmanuel Macronun "Avropa Ordusu" çıxışı, ABŞ-Fransa əlaqələrinin Washington tərəfindən sorğulanmasını gündəmə gətirmişdir. Trumpın Macrona reaksiyası və Almaniyanın Fransanı işğal etdiyini vurğulayan sosial media mesajı Atlantik İttifaqı daxilində kartların yenidən bölüşdürülməsini göstərir. Qlobal liderliyi üçün Atlantik İttifakını yəni Avropanı əlində tutmaq məcburiyyətində olan ABŞ baxımından Ukrayna mərkəzli son böhranla Avropaya Rus təhdidini yenidən xatırlatması Atlantik İttifakına etiraz edən dövlətlərə bir növ xəbərdarlıq xarakterir daşıyır. Çünki gərək konvensional gərəksə də hərbi potensial baxımından, Qitə Avropasının Rusiyaya qarşı çıxma qabiliyyəti sual altındadır. Buna görə Rusiya təhlükəsini hiss edən Avropa, Avropa Ordusunu deyil, NATO sisteminin bir hissəsi olmağı üstün tutacaq. Nəticə etibarilə baş vermiş böhran NATO-nun vacibliyini təsdiq edən və Atlantik İttifaqının davam etdirməsi zərurətinə işarə edən bir prosesləri göz önünə sərməkdədir. Bu nəticə isə ən çox ABŞ-ın işinə yarayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB