Xaricdəki "söyüş qrupu" üzüdönüklük edərək, Kərimli haqqında ifşaedici faktlar açıqlamağa hazırlaşır
Milli və dövlətçilik maraqlarına qarşı düşmən mövqei ilə seçilən dağıdıcı xislətli müxalif partiya sədrlərinin ətrafındakı halqa getdikcə, bir qədərdə daralmaqdadır. Artıq cəmiyyətin onlara olan mənfi münasibəti fonunda partiya üzvlərinin kütləvi istefaları ilə yanaşı xaricdəki anti-Azərbaycan qüvvələrdə mövqelərində dəyişiklik etməyə başlayıblar. Yəni sonuncular yarıtmaz və naşı müxalif ünsürlərlə əməkdaşlıqdan imtina kursu götürürlər. Bu isə dağıdıcı müxalifət üçün intihara bərabərdir. Qısaca desək, siyasətdən getmələri deməkdir. Çünki, sosial baza olmasa da, maliyyə imkanları hesabına siyasətdə sürünmək mümkündür. Ancaq, maliyyə vəsaiti olamdığı halda, siyasətdə qalmaq, boş-boşuna meydanda veyillənmək deməkdir. İddialı və təkəkəbbürlü müxalifət yetkililəri isə, adlarının avaralar sıyasında əks olunmasını istəmirlər. Onlar mətbuatda görünmək, meydanlarda qışıqrmaq iddiasındadırlar. "Milli Şura" nın sədri Cəmil Həsənlinin son üç ayda dörd dəfə Avropaya və ABŞ-a üz tutması, üzləşdikləri maliyyə problemlərini aradan qaldırmağa hesablanmışdır. Ancaq, səfərlər nəticəsiz qalıb. Xarici ölkələrdən, əli ətəyindən uzun qayıdan C.Həsənli artıq acı taleyi ilə barışaraq, demək olar ki, "Milli Şura" ilə əlaqələrini kəsib. Son bir ayda, C.Həsənli qrumun koordinasiya şurasının toplantılarına qatılımır. Telefonlarını da söndürdüyündən onunla əlaqə saxlamaq mümükünsüz olub. Bu isə Ə.Kərimlini ciddi narahat edir. Çünki, C.Həsənlinin əlində AXCP və "Milli Şura" nın qaranlıq maliyyə qaynaqları əldə etməsinə dair kifayət qədər faktlar mövcuddur.
Fikrət Hüseynli sifarişləri Əli Kərimlidən alsada məsləhət yeri Cəmil Həsənli olub
Bu kimi faktlar, eləcə də, "mühacir biznesin"dən əldən olunan maliyyə vəsaitlərinin mənbələrinin C.Həsənli tərəfindən açıqlanması Ə.Kərimlini siyasətdə bitirməsi ilə nəticələnər. Nəzər almaq lazımdır ki, AXCP sədri Ə.Kərimlinin "siyasi mühacir" biznesinin əsas ortaqlarından biri olan və hazırda Hollandiyada yaşayan Fikrət Hüseynli C.Həsənlinin əsas dostlarından hesab edilir. F.Hüseynli sifarişləri Ə.Kərimlidən alsada məsləhət yeri C.Həsənli olub. Dəfələrlə F.Hüseynli xaricə "rahat həyat və yaşayış " arxasınca getmək istəyənlərdən 2500-3000 AVRO alaraq onların"arzuları"nın reallaşmasına yaradımçı olub. Ancaq əksər hallarda ifşa olunub. Buna misall olaraq AXCP-nin Nizami rayon təşkilatının üzvü Vüqar Əzizovun üzləşdiyi hadisəni göstərmək olar. V.Əzizov 10.000 AVRO ödəməklə Ə.Kərimlinin imzası, AXCP-nin möhürü ilə Cəbhənin küçələrdə "əzilən" üzvlərindən olmasına dair arayış alıb. Ancaq bu biçarənin istəkləri başa tutmayıb. Yəni, itdə gedib, ipdə. V.Əzizov Fransaya, oradan isə Hollandiyaya getsədə özünə rahat iş və yer tapa bilməyib. Polis tərədindən həbs olunan V.Əzizov Hollandiya məhkəməsi tərəfindən deport edilib. Hazırda nə edəcəyini bilməyən V.Əzizov ağılsız hərəkətləri nəticəsində özü ilə apardığı ailəsi də çıxılmaz vəziyyətdə qalıb.
Xaricdəki mühacirlər Əli Kərimlini rüsvay etdilər
V.Əzizov kimi biçarələrin Ə.Kərimli kimi siyasi dəllal tərəfindən aldadılması müxalifət düşərgəsini çalxalandırmaqdadır. Bir neçə gün əvvəl daha bir mühacir Ə. Kərimli tərəfindən aldadıldığını anlayaraq Azərbaycan Miqrasiya Mərkəzinin hazırda Almaniyada yaşayan rəhbəri Əlövsət Əliyevə müraciət etməsi yanan alovun üzərinə benzin çilənməsi effekti yaradıb. Məsələ ilə bağlı Ə.Əliyev sosial şəbəkədə status yazıb: "Bir həmvətənimiz məsləhət üçün ofisə gəlmişdi. Əvvəlcə Almaniyada olan vəkillərindən şikayət etdi, iki vəkil dəyişib, sonra isə problemini danışmağa başladı".
Bir sözlə, "mühacir biznes"ə girişməsi Ə.Kərimlinin başına bəlalar açmaqdadır. Xüsusi ilə də, Avropa da məskunlaşan "söyüş qrupu"nun üzvləri hesab oluna Məhəmməd Mirzəli ilə Tural Sadıqlının bir-birini ayrılan maliyyə vəsaitlərini mənimsəməkdə günahlandırmaları və bunun ardınca bu ifşaedici məlumatların yayılmasının müəllifinin Ə.Kərimlinin olduğu üzə çıxması AXCP sədrinin vəziyyətini daha da ağırlaşdırıb. Məlumatlara istinadən demək olar ki, yaxın günlərdə xaricdəki aladılaraq pulları mənimsənilən "mühacir"lər Ə.Kərimlini ifşa edən faktları vidio şəkilində sosial şəbəklərdə paylaşacaqlar. Bu kimi hallar, eləcə də, C.Həsənlinin "Milli Şura" ilə əlaqlərini kəsməsi Ə.Kərimlinin Ə.Kərimlinin kürkünə birə salıb. Çünki, "Milli Şura" ya toplaşanlar əsasən vaxtı ilə elm adamı olmuş C.Həsənliyə görə, qrumda qalırlar. C.Həsənlinin gedişi, o deməkdir ki. "Mili Şura" daxilində vəlvələ yaranacaq, istefalar baş verəcək. Bunu Ə.Kərimli dərk edir. Ona görə də, qabaqlayıcı tədbirlər görməyə, ən azə qrumdan baş verəcək istefaların sayını azaltmağa çalışır. Bunun üçün sosial şəbəkələrin imkanlarındanda yararlanmağa cəhd edir. Amma məsəl var, "bəla gələndə batmanla gələr". Ə.Kərimli üçün bəla özünün əməllərinin nəticəsi olaraq gəlməkdədir. Çünki, "Facebook sosial şəbəkəsində, zorakılıq təbliğ edən, terrora çağırış olan saxta profillərin bağlanması barədə qərar verilib. Artıq prossesdə başlayıb. Bu isə o deməkdir ki, artıq kərimlilər, hacılılar sosial şəbəkələr üzərində saxta profillər açaraq terroru, zorakılığı təbliğ edə, insanları iğtişalara çağıra bilməyəcəklər. Dağıdıcı ünsürlərin, xüsusi ilə də, Ə.Kərimlinin və onun ətrafının facebookda çoxsaylı saxta profillər yaradaraq insanları tənqid və təhqir etməsi siyasi arenanın ən igrah doğuran problemlərindəndir.
Əli Kərimli çirkin siyasətinin qurbanı oldu
Dəfələrlə, facebook istifadiçiləri, siyasi partiya funksionerləri tərəfindən Ə.Kərimliyə "silahını yerə qoy" çağırışı ilə müraciətlər olunsada nəticəsi olmayıb. Ə.Kərimli kor tutduğunu buraxmayan kimi, bəd əməllərindən əl çəkməyib. Əksinə, daha həyasız və şivən formasında yaramaz fəaliyyətini davam etdirib. Verilən məlumatlara görə, Ə. Kərimlinin və ətrafının ümumilikdə 110-a yaxın saxta Facebook səhifəsi var. AXCP və "Milli Şura" üzvləri qarşısında tələb qoyan Ə.Kərimli onlardan saxta profillərin sayını artırmağı tələb edir. Bu yolla o çirkin siyasətini təbliğ etmək və eyni zamanda insanların şərəf və ləyaqəıtini alçaltmağa, təhqir etməyə çalışır. Amma onun fəaliyyəti boş qazanı döyəcəkləməkdən başqa bir şey deyil. Çünki, cəmiyyət onun simasına və sifətinə bələd olduğundan sosial şəbəklər vasitəsi ilə apardığı təbliğatıda ciddi qəbul etmirlər. Vaxtaşı cəmiyyətin özü ona və ətrafında olanlara tutarlı cavab verirlər. Facebokun son qərarı, Ə.Kərimlinin bu istiqamətdəki fəaliyyətini də, alt-üst etmiş olacaq. Yəqin ki, bundan sonra Ə.Kərimli abırına və həayasına qısılıb, əski mövqeyinə qayıtmalı olacaq. Təbii ki, əgər onda az da olsa sadaladığım kriteriylar varsa.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB