"Bizi gözləyən torpaqlarımız" mövzusunda dəyirmi masa keçirilib - TƏDBİR
"Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda fəaliyyət gostərən beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Qarabağa aid ictimai müzakirələrin keçirilməsi" layihəsini həyata keçirir.
SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar olaraq 24 dekabr 2010-cu il tarixində saat 12:00-da Səs qəzetinin konfrans zalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimayyətinə çatdırmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpuslarının, Qarabağın Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Fizuli, Ağdam rayonlarının ağsaqqallarının, Dağlıq Qarabağın Azərbaycan İcmasının numayəndələrinin və Qaçqın və Məcburi köçkünlərlə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakı ilə "Bizi gözləyən torpaqlarımız" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə qeyd edilib ki, Avropa Parlamentinin polşalı məruzəçisi Tomas Poreba Dağlıq Qarabağa qanunsuz səfər edib. Onun rəsmi Bakıdan icazəsiz Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməsinə öz etirazımızı bildiririk. Səfər zamanı Tomas Porebo qondarma "Dağlıq Qarabağ Respublikası"-nın liderləri ilə görüşərək onlara heç bir hüquqi qüvvəsi olmayan vədlər verib və Azərbaycanın bütün dünya birliyi tərəfındən tanınmış ərazi bütövlüyünə qəsd sayılacaq bəyanatlar səsləndirib.
Toplantıda iştirak edən Milli Ordunun keçmiş briqada komandirləri və eləcə də Qarabağ müharibəsinin döyüşçüləri buna öz etirazlarını bildiriblər. Tədbir iştirakçıları bildiriblər ki, BMT Təhlükəsizlik Şurası 19 ildir Ermənistan dövlətinin beynəlxalq insan hüquqları normalarına məhəl qoymamasına, insani hərəkətlərə sığmayan vəhşiliyə və vandalizmə hələ də göz yumur, qəbul etdiyi bütün qərarları kağız üzərində qalır.
Layihənin rəhbəri "Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək" İctimai Birliyinin sərd müavini Mahir Abbasov bu gün də soydaşlarımızın hər gün təhlükəli vəziyətdə güllə-mərmi altında, qorxu-həyəcan içərisində yaşadığını və məcburi köçkünlərin mənən sarsıldığını və ərazi bütövlüyümüzün bərpa olunmaması səbəbindən məcburi köçkünlərin doğma yurdlarında yerli özünüidarəetme sistemində iştirak etməkdən məhrum olunduqlarını qeyd edib. Daha sonra M.Abbasov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Qarabağdan məcburi köçkün düşmüş sakinlər bir daha bəyan edirlər ki, Qarabağın qeyd-şərtsiz erməni işğalçılarından azad olunması barədə BMT-nin TŞ-nin beş daimi üzvü olan ABŞ, Ingiltərə, Fransa, Rusiya ve Çin dövlətlərinin iştiraki ilə qəbul etdiyi 4 qətnaməsi icraya yönəldilsin. Məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması təmin edilsin. Əks təqdirdə beynəlxalq aləmdə sülhün və demokratiyanın təhlükəyə məruz qalmasına şərait yaranacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmiş iri dövlətlərin imicinə ziyan dəyəcək.
Tədbir iştirakçıları həmçinin bu məsələlərə biganə və qeyri-ciddi yanaşan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduqlarını da bildiriblər. M.Abbasov əlavə edib ki, Lahiyə çərçivəsində rayon sakinləri arasında aparılan sosioloji araşdırmalara əsasən, Qarabağın Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Fizuli və Ağdam rayonlarının vətəndaşlarının yaşlı nəslinin çoxu öz doğma ata-baba yurd-yuvalarından didərgin düşdükləri üçün, bu dərdə dözə bilmədiklərindən vaxtsız dünyalarını dəyişiblər. Ən böyük faciə ondan ibarətdir ki, işğal olunmuş rayonların böyüməkdə olan yeniyetmə və gənc nəsili Qarabağ ərazisində yerləşən kəndlərin tarixindən və mədəniyyətindən, abidələrindən bixəbərdirlər. Qarabağ hər bir azərbaycanlının qan yaddaşıdır, biz heç vaxt torpaqlarımızın işğal altında qalması faktı ilə barışmayacağıq. Qarabağ bizim üçün doğma və əzizdir, biz Qarabağsız yaşaya bilmirik. Biz ərazi bütovlüyümüzün bərpasini tələb edirik!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab Ilham Əliyevin Qarabağ torpağının bir qarışını belə itirilməsi məsələsində heç bir kompramisə getməyəcəyi barədə birmənalı qərarını biz məcburi köçkünlər yüksək qiymətləndiririk və ölkə başçısının son günlər Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün lazım gəlsə hərbi güc vastəsindən istifadə edəcəyi barədə verdiyi bəyanatlan dəstəkləyirik.
İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək" İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Qarabağa aid ictimai müzakirələrin keçirilməsi" layihəsi sahəsində görülmüş işlər, ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi soyqrımlarını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar həqiqətlərini dünyaya ictimayyətinə çatdırılmasına, 1 milyondan artıq Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində Azərbaycan dövlətinə və Dağlıq Qarabağın Azərbaycan İcmasına dəstək olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB