Nazir müavini Travmatologiya İnstitutunun binasında baş vermiş yanğınla bağlı açıqlama verdi - AÇIQLAMA

Nazir müavini Travmatologiya İnstitutunun binasında baş vermiş yanğınla bağlı açıqlama verdi - AÇIQLAMA

Ü.Hacıbəyov 5 ünvanında (Travmatologiya İnstitutunun binası) baş vermiş yanğın barəsində fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev açıqlama verib. SİA-nın məlumatına görə, o, bu gün saat 09:55-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və 101 xidmətinə Səbail rayonunun Ü.Hacıbəyov 5 ünvanında fəaliyyəti dayandırılmış, hazırda təmir işləri aparılan Travmmatologiya İnstitutunun binasında yanğın baş verdiyi haqqında məlumat daxil olduğunu bildirib.

Nazir müavini FHN-nin yanğından mühafizə xidmətinin dərhal hadisə yerinə hərəkətə başladığını və yanğının məhdudlaşdırıldığını qeyd edib. "Yanğının sahəsi 800-1000 kvadrata qədərdir. Xəsarət alan yoxdur. Bir qadın FHN-nin əməkdaşları tərəfindən evindən çıxarılıb. Ona yardımlar göstərilib. Yanğının səbəbləri araşdırılır. Yanğın 1 saat 10 dəqiqə davam edib. Hadisə yerinə 25-dən artıq yanğınsöndürmə texnikası cəlb olunub. Texnikaların hadisə yerinə gəklməsinə tıxaclar, yolun sağında və solunda avtomobillərin saxlanılması çətinlik yaradıb. Buna baxmayaraq, əməkdaşlarımız hadisə yerinə vaxtında gəliblər".

Bütün xəbərlər Facebook səhifəmizdə