Romadakı İsveçrə səfirliyində bağlamaya yerləşdirilmiş bombanın partlaması nəticəsində bir nəfər yaralanıb. SİA-nın xəbərinə görə, rəsmilər partlayışın bu gün, bir nəfərin bağlamanı açmaq istədiyi vaxt baş verdiyini bildiriblər.
Ciddi xəsarət alan həmin şəxs xəstəxanaya aparılıb. Partlayış çərşənbə günü Romada şübhəli bağlamanın tapılmasından sonra baş verib. İçərisində naqillər və toz şəklində material olan həmin bağlama nəqliyyat işçiləri tərəfindən metroda aşkar edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB