Qırğızıstan parlamenti sədrinin müavinləri və komitə sədrləri seçiliblər

Qırğızıstan parlamenti sədrinin müavinləri və komitə sədrləri seçiliblər

Qırğızıstan parlamenti - Joqorku Keneşin (JK) mətbuat xidmətinin verdiyi məlumata görə, dekabrın 23-də JK sədrinin müavinləri və komitə sədrləri seçiliblər.

SİA-nın xəbərinə görə, məlumatda deyilir ki, Bakıt Torobaev ("Respublika" partiyası), Asılbek Jeenbekov (Sosial Demokrat), Bodoş Mamırova ("Ar-Namıs"), Asiya Sasıkbaeba ("Ata Mekan") və Maktıbek Abdıldaev "Ata Jurt" partiyasından JK sədrinin müavinləri təsdiq ediliblər.

İclasda 16 komitədən ibarət parlamentin strukturu da təsdiq olunmuş, komitə sədrləri də seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə