Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) illk fəaliyyəti ilə bağlı hesabat kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimatda TÜRKPA baş katibi Ramil Həsənov və qurumun Qazaxıstan və Türkiyədən olan müavinləri iştirak ediblər. Hesabat kitabı haqqında məlumat verən R.Həsənov bildirib ki, vəsait Milli Məclisin dəstəyi ilə işıq üzü görüb. Onun sözlərinə görə, vəsait azərbaycan, rus, ingilis, türk, qazax və qırğız dilində çap olunub.
O söyləyib ki, hesabat kitabında qurumun yarandığı gündən indiyə qədər həyata keçirdiyi işlər, qurduğu əlaqələr haqqında geniş məlumat yerləşdirilib. R.Həsənov vurğulayıb ki, vəsaitdə həmçinin TÜRKPA ilə əlaqədar bütün detallar və rəsmi sənədlər də öz əksini tapıb.
Qeyd edək ki, kitabda qurumun fəaliyyətini əks etdirən foto şəkillərlə tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB