Bahar Muradova: “Ermənistan prezidentinin bəyanatları ölkə daxilində bu ölkənin rəhbərliyinə qarşı təzyiqlərin qarşısını almağa yönəlib” - MÖVQE
"Ermənistan prezidenti Serj Sarkisyanın müharibə ilə bağlı son vaxtlar verdiyi bəyanatlar Ermənistanın həm daxili həm də xarici strukturu baxımından çox çətin durumda olduğunu nümayiş etdirir". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib. O, qeyd edib ki, danışıqlar prosesi və Ermənistanın bu prosesdə qeyri-konstruktiv iştirakı ona qarşı təzyiqləri artırır.
B.Muradova bildirib ki, eyni zamamnda Ermənistan prezidentinin bəyanatları Ermənistan cəmiyyətinə hesablanıb və ölkə daxilində bu ölkənin rəhbərliyinə qarşı təzyiqlərin qarşısını almağa yönəlib: "Baxmayaraq ki, zahirən bu proseslərin gedişi Ermənistanın maraqlarına uyğun gəlir kimi görünür, amma bu belə deyil. Çünki əvvəl-axır beynəlxalq hüquq prinsipləri bu kimi konfliktlərin həllində rəhbər tutulacaq. Nəzərə alsaq ki, Astana sammitində "3+2" formatında verilən bəyanat da məhz ondan əvvəlki danışıqlar prosesindəki şərtlərə istinad edərək məsələnin sülh yolu ilə həllini nəzərdə tutur. Bu mənada Ermənistanın müharibəyə hazırlaşması və bunu udacaqları barədə bəyanatları əsassızdır. Bütün bunlar Ermənistan cəmiyyətinə hesablanıb, daxildə bu ölkənin rəhbərliyinə qarşı təzyiqlərin qarşısını almağa yönəlib. Çünki Azərbaycanın münaqişənin sülh yolu ilə həllində üzərinə götürdüyü öhdəliyi Ermənistanın da üzərində var. Nəzərə alsaq ki, onlar müharibəni yox, döyüşü udublar və ona görə Azərbaycanın öz ərazisini beynəlxalq hüquq çərçivəsində azad etmək imkanı qalır. Azərbaycan bu hüquqdan yeri gələndə istifadə edəcək. Ermənistanın söylədikləri isə yalnız söylədiyim səbələrdən irəli gəlir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB