"Ayrılan vəsaitin artırılmasından danışarkən mənbəyini də deyin!" Vitse-spikerdən narazılıq
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov parlamentin bu gün keçirilən iclasında deputatların büdcə müzakirələri zamanı müxtəlif sahələrə vəsaitin artırılması ilə bağlı təkliflərinə narazılığını bildirib. SİA-nın xəbərinə görə, vitse-spiker çıxışında deyib ki, islahatlar aparaaq, işimizi daha səmərəli quraraq, mənfəəti, büdcəyə daxil olan vəsaitləri artıraraq problemləri daha əlverişli və səmərəli şəkildə həll edə bilərik. Ancaq hansısa sahəyə ayrılan vəsaitin artırılması ilə bağlı danışarkən mənbəyini də göstərin. Addım atmaq, hərəkət etmək lazımdır. Danışılanlardan belə çıxır ki, bizi deputatlar milləti sevirik, hökumət nümayəndələri isə yox. Birinci deyin görüm pulu artırmaq üçün neçə milyard pul lazımdır? Gəlin bu nöqteyi nəzərdən çıxış edək. Mənbəyini bilirsinizsə, bizimlə və hökumət nümayəndələri ilə bölüşün".
Deputat Fəzail Ağamalının məmurların əmlakının müsadirə edilməsi ilə bağlı fikirlərinə münasibət bildirən V. Ələsgərov söyləyib: “Məmurların mülklərinin satılmasının hüququ yolunu bilrsinizsə, o zaman deyib. Yazın verin hökumətə qoy etsinlər. Sonra da tələb edin”.
Deputat Fəzail Ağamalı vitse-spikerin sözlərinə cavab olaraq söz haqqı istəsə də, spiker Oqtay Əsədov məsələyə müdaxilə edərək deyib: “ Fəzail müəllim siz danışdız biz qulaq asdıq. Eşitməyi bacarın”.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB