Dekabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi, ictimai xadim Nəriman Həsənzadə ilə görüş keçiriləcək. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşü giriş sözü ilə universitetnin rektoru, millət vəkili, professor Səməd Seyidov açacaq.
Görüşdə tanınmış ədəbiyyat xadimləri – Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Rüstəm Kamal, millət vəkili Məlahət İbrahimqızı, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc iştirak edəcəklər.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Elmira Mustafayeva şairin həyat və yaradıcılığı haqqında məruzə edəcək. Tədbirdə şairin şerləri oxunacaq, sözlərinə yazılmış musiqilər səslənəcək. ADU tələbələri ədəbi kompozisiyalar təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB