Respublika ərazisində ümumilikdə 357 min 850 ədəd ağac və kol bitkisi əkilib
Bakı və onun ətraf ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 2009-cu ilin payız-2010-cu ilin yaz mövsümlərində 1 005 000 ədəd ağac və kol bitkisi əkilib.
ETSN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2010-cu ilin payız mövsümünün 01 noyabr-18 dekabr tarixlərində Bakı və onun ətraf ərazilərində 834 174 ədəd müxtəlif ağac və kol bitkisi əkilib.
13-18 dekabr 2010-cu il tarixlərində isə Bakı və onun ətrafındakı 38,22 hektar sahədə 67 290 ədəd ağac və kol bitkisi əkilib.
Ümumilikdə, 2009-cu ilin payız mövsümü başlayandan bu günədək Bakı və onun ətraf ərazilərində 1 839 174 ədəd ağac və kol bitkisi əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 114 hektar sahədə 290 560 ədəd müxtəlif ağac əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib.
Bir sıra Meşə Mühafizəsi və Bərpası Müəssisələri 2010-cu ilin payız əkin mövsümünün proqnozunu artıqlaması ilə yerinə yetirib.
Belə ki, Astara, Balakən, Beyləqan, Bərdə, Qazax, Qax, Quba, Qusar, Qəbələ, Cəlilabad, Zərdab, Yardımlı, Yevlax, Lerik, Lənkəran, Masallı, Oğuz, Tovuz, Göy-göl, Şabran, Şamaxı, Şəki, Şəmkir, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisələri və Giləzi Regional Meşəsalma Müəssisəsi 2010-cu ilin payız əkin mövsümünün proqnozunu artıqlaması ilə yerinə yetirərək, ümumilikdə 1444,3 hektar sahədə 3 472 590 ədəd müxtəlif növ ağac əkib.
Ümumilikdə, 2010-cu ilin payız əkin mövsümü başlayandan bu günədək Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən 4 843 710 ədəd müxtəlif növ ağac əkilib. Respublika ərazisində isə bu həftə ərzində 152,22 hektar sahədə 357 850 ədəd ağac və kol bitkisi əkilib.
Ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümündən bu günədək Respublika ərazisində ümumilikdə 5 371 544 ədəd ağac və kol bitkisi əkilib.
Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB