"Alman mətbuatı əslində əsl erməni xislətini ifşa edib” ÖZƏL-MÖVQE
"Almaniya mətbuatında Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair məlumatlar dərc olunub.
Buna münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov SİA-ya açıqlamasında deyib ki, son 100 ildə erməni lobbisinin çətiri altında dünyaya bəla olan yeni bir terror mexanizmi işə düşüb: "Ötən əsrin 60-cı illərindən başlayaraq bu mexanizm siyasi alətlərdən istifadə etməklə dünyanın dörd bir yanında terror aktları, cinayətlər, müxtəlif təxribatlar həyata keçiriblər. Erməni terror təşkilatlarından daha çox Azərbaycan, Türkiyə, Rusiya, Fransa və ABŞ əziyyət çəkib. Bu gün bu cinayət maşını dünyanın dörd bir yanına yayılmaqdadır. Almaniya isə bu təhlükəni çox gözəl görür və dərk edir. Bilirsiniz ki, Almaniya kəşfiyyatı dünyada ən ön sıralarda gedir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, alman mətbuatı artıq böyük bir terror təşkilatının izinə düşüb. Ermənilərin mərkəz gücü olan Ermənistanın getdikcə çökməsi bu kimi terror, mafiya qruplaşmalarının daha tez ifşası üçün münbit şərait yaradacaq. Alman mətbuatı əslində əsl erməni xislətini ifşa edib".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB