ABŞ Türkiyəyə dəstək olacaqmı?

ABŞ Türkiyəyə dəstək olacaqmı?

Türkiyə hökuməti ABŞ tərəfinin PKK terrorçularının yerinin müəyyən olunması üçün pul mükafatı ayırmasını müsbət dəyərləndirir. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Bununla bərabər, Türkiyə tərəfi İraq və Suriya ərazisində PKK və onun başında dayananlara qarşı apardığı mübarizədə ABŞ-dan konkret dəstək gözləyir

PKK terror təşkilatının başçılarından olan Murat Karayılanın yerini bildirilənə 5 milyon, Cemil Bayıka görə 4 milyon və Duran Kalkana görə 3 milyon dollar mükafat ayırmasını şərh edən Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın bildirib ki, ABŞ-ın terror təşkilatının rəhbərləri ilə bağlı qərarı YPG və PYD terrorçu təşkilatların fəaliyyətini pərdələmək məqsədi daşımamalıdır. Belə bir niyyət varsa tezliklə üzə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə