ABŞ İrana qarşı növbəti sanksiyalarını tətbiq edib. İkinci sanksiya paketi bu gündən yəni 5 noyabr tarixindən qüvvəyə minib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, növbəti sanksiyalar əsasən neft və bank sənayelərinə qarşı yönəlib: Vaşinqton İran neftini almaq və İran neft şirkətləri ilə iş aparmağı qadağan edir. Bundan əlavə, sanksiya paketinə gəmiqayırma sahəsi də daxildir.
Sanksiyalar həmçinin İranla iş aparan üçüncü ölkələrin şirkətlərinə də təsirsiz ötüşmür. Belə ki, bu şirkətlər ABŞ-ın maliyyə sistemindən istifadə etməkdən məhrum olmaqla yanaşı, ABŞ dolları ilə əməliyyatlara daxil ola bilməyəcəklər. İranda Alman şirkətlərinin işi də təhlükə altındadır. ABŞ prezidenti Donald Tramp yeni sanksiyaları "indiyə qədər mövcud olan ən ən çətin" sanksiya adlandırıb.
Səkkiz ölkə embarqodan azaddır
Reuters agentliyi Seuldakı adı açıqlanmayan bir hökumət nümayəndəsinə istinadən yazır ki, Cənubi Koreya da İranın neft idxalında embarqodan müvəqqəti olaraq azad olan ölkələr sırasında daxil edilib. Daha əvvəl məlum olmuşdur ki, Vaşinqton səkkiz dövləti Tehrana qarşı sanksiyaların tətbiqindən 180 gün müddətinə azad edib. Lakin burada hansı ölkələrin nəzərdə tutulduğu açıqlanmır.
Avropa İttifaqı, Almaniya, Fransa, Birləşmiş Krallıq Tehrana qarşı yeni ABŞ sanksiyalarından təəssüfləndiyini ayrı-ayrılıqda bildiriblər.
“Biz Vaşinqtonun nüvə razılaşmasından çəkilməsi nəticəsində yeni ABŞ sanksiyalarının qüvvəyə minməsindən dərindən təəssüflənirik", - deyə noyabrın 2-də Avropa ölkələrinin ümumi bəyanatında deyilir.
Sənəd Avropa, region və bütün dünya təhlükəsizliyi üçün vacibdir və buna görə imzalayan tərəflər onun müddəalarına riayət etmək istəyirlər.
ABŞ prezidenti Donald Tramp ABŞ-ın hələ də İranla yeni bir razılaşma üçün açıq olduğunu söyləyib. Ponun sözlərinə görə, Vaşinqtonun məqsədi Tehranı "zərərli davranışları" dayandırmaq kimi sadə və aydın bir seçim qarşısında qoyaraq, nüvə ehtiraslarından, iqtisadi fəlakət yolunu davam etdirməkdən çəkindirməkdir
ABŞ İranla razılaşmasından geri çəkildi
May ayının əvvəlində Tramp ölkəsinin İran, ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq, Fransa və Almaniya arasında 2015-ci ildə bağlanmış Birgə Kompleks Tədbirlər Planından (SDP) çəkildiyini açıqladı. Bu plan Tehranın nüvə proqramını məhdudlaşdırmaq üçün bir sıra addımlar atacağını nəzərdə tutur.
Daha sonra Vaşinqton İrana qarşı sanksiyaların genişləndirilməsini tələb etdi və Müttəfiq ölkələrin satınalma şirkətləri üçün sanksiya təhlükəsi altında neft almasını dayandırmasını tələb etdi.
İran BMT-nin Beynəlxalq Ədliyyə Məhkəməsinə şikayət edərək, neftlə bağlı sanksiyalar qüvvəyə minəcəyi təqdirdə Hörmüz boğazı vasitəsilə beynəlxalq bazara neft tədarükünü dayandıracağını açıqlayıb.
Qeyd dünyadakı neft ixracının təxminən 20 faizi İranın payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB