Akif Əlizadə: "Foruma dünya səviyyəsində yüksək maraq göstərilir"
"Bakı Humanitar Forumuna dünya səviyyəsində yüksək maraq göstərilir". SİA-nın verdiyi məlumata görə, bunu ADA Universitetində keçirilən Forumda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, ictimai tərəqqinin əsas təkanverici qüvvəsi elmdir: "Elm cəmiyyətin problemlərinin həllinə çox kömək edə bilər. Ümumiyyətlə, XXI əsr fizika əsri adlandırılır. Lakin biologiya sahəsi getdikcə daha çox dəyər qazanmağa başlayıb. Biologiya sahəsində olan tədqiqatlar dəfələrlə çoxalıb. Yaxın illərdə molekulyar biologiya sahəsində də ciddi irəliləyişlər gözlənilir. Bu gün İKT-nin inkişafı bizim həyatımıza çox təsir edib. Bu gün bütün dünyada humanitar elmlərə daha az diqqət göstərilməyə başlanılıb. Texniki sahələrə isə diqqət artıb".
Akif Əlizadə qeyd edib ki, Ermənistan 25 ildir Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin sayı 1 milyondan artıqdır. Azərbaycan qaçqın və məcburi köçkünlər üçün son 15 ildə 6 milyard dollar pul xərcləyib. Bu məbləğ onların həyat səviyyəsinin, təhsil almalarına xərclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB