Gəncədə yeni ATS istifadəyə verilib

Gəncədə yeni ATS istifadəyə verilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə Gəncə şəhərinin Natəvan qəsəbəsində yeni Elektron ATS istifadəyə verilib. Şəhərin kənar qəsəbələrində yaşayan və uzun illər telefondan istifadə edə bilməyən sakinlərin şikayətlərinə son qoyulub.

SİA-nın bölgə müxbiri xəbər verir ki, yeni ATS-in açılış mərasimində Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əli Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, yeni ATS 512 nömrə tutumlu olmasına baxmayaraq, abonent sayını 1500-ə qədər artırmaq mümkündür. Natəvan qəsəbəsindəki ATS-in quraşdırılması və istifadəyə verilməsi 3 aya başa gəlib. Burada, həmçinin işçi personalı üçün də normal şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə