Viktor Soqomonyan: “Robert Koçaryana qarşı siyasi təqib davam edir" İDDİA
“Bu videoçarx hakimiyyətin Koçaryanı diskreditə etməsi üçün primitiv cəhdidir”. SİA xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın 2dr.am qeyri-rəsmi saytında onun xüsusi nümayəndəsi və ofisinin rəhbəri Viktor Soqomonyan Koçaryan və onun yaxın ətrafının təqib olunmasına münasibətini açıqlayarkən deyib.
“Milli Təhlükəsizlik Xidməti (MTX) və Xüsusi İstintaq İdarəsinin (Xİİ) rəhbərləri arasında Koçaryana qarşı cinayət işinin hüquqi cəhətdən perspektivsizliyi barəsində gedən telefon danışığının audioyazısı ictimailəşdirildikdən sonra hakimiyyət tələsik şəkildə “konstitusiyanın devrilməsinə cəhd” ittihamını korrupsiya xarakterinə çevirməyə cəhd edirlər”, deyə qeyd edən Soqomonyana görə, qarşı tərəf konstitusiyada yer almış prezident toxunulmazlığı müddəasını kənardan keçmək planını işə salmaq istəyir.
Qeyd edək ki, sözügedən videomaterilda Robert Koçaryan yaxın ətrafı sayılan Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Armen Avetsyana, telekanal sahibi Samvel Mayrapetyana kirli pulların yuyulması və sahibkarlıq fəaliyyətlərində qanunsuzluqlara göz yumulması məsələlərində dəstək göstərib. Eyni zamanda, Koçaryanın bir sıra otellərdə payçı olduğu da bildirilib. Oktyabrın 11-də isə MTX Koçaryanın yaxın ətrafına qarşı korrupsiya ittihamı ilə cinayət işinin açıldığını bəyan edib.
“Prezident Koçaryan videomaterialda mehmanxanalarla bağlı irəli sürülən iddiaların heç biri ilə əlaqəli deyil. Ermənistan prezidenti həmin ərəfələrdə bir çox mehmanxanaların açılışında iştirak edib və bütün bunlar ölkə iqtisadiyyatına müsbət təsir göstərə biləcək turizmin inkişafı üçün edilib”, deyə ittihamları rədd edən Viktor Soqomonyan hesab edir ki, bütün bunlar bir məsələni agah edir: “Robert Koçaryana qarşı siyasi təqib davam edir, lakin bu dəfə korrupsiya ilə mübarizə şüarı altında.”
“Silva Ambarumyana gəlincə, Rober Koçaryan heç vaxt belə bir sahibkarı tanımayıb və alaqədə olmayıb. Görünür, biz növbəti yalanla üzləşmişik”, Koçaryanın ofis rəhbəri bildirib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB