Frankofoniya ölü qurumdur ANALİTİK

Frankofoniya ölü qurumdur ANALİTİK

Yerevanda keçirilmiş 17-ci Frankofoniya sammiti bu günə qədər keçirilmiş öncəki 16 sammitin içində ən rüsvayçısı kimi tarixə yazıldı

Ermənistanın paytaxtı Yerevanda keçirilən 17-ci Frankofoniya sammiti çərçivəsində ciddi fikir ayrılıqları və ziddiyyətlər yaşanıb. Xüsusilə, Fransa və Kanada arasında Frankofoniya uğrunda mübarizə pik həddə çatıb və iki ölkənin rəhbərləri – Emmanuel Makronla Castin Trüdonun bu ad, eləcə də nüfuz uğrunda rəqabətəri bir sıra ittihamlarla müşahidə edilib. Yəni, burada məqsəd sülh və bu kimi digər bəşəri dəyərlərin qorunması, təblii deyil, nüfuz uğrunda açıq-aşkar mübarizə gedir. Əbəs deyil ki, təşkilatın baş katibi Mişel Jan Frankofoniyanın ölü təşkilat olduğunu ifadə edərək, əslində onun beynəlxalq aləmə, xüsusilə hüquqa heç bir səmərə vermədiyini tvitter hesabında vurğulayıb və sərt tənqidi ilə yadda qalıb.

Fransanın diktəsi, yoxsa...

O cümlədən, Afrika İttifaqı çərçivəsində də fransızdilli təşkilatın heç də hər hansı dəyərlərə söykənmədiyi bəlli olub. Bu baxımdan, Ruandanın xarici işlər nazirinin namizədliyinə qarşı fikir qarşıdurmaları yaşanıb. Belə ki, Fransa Ruandanın XİN rəhbərini namizəd olaraq irəli sürüb və digər ölkələr buna qarşı çıxmaq istəsələr də, sonda Fransanın diktəsindən çıxa bilməyiblər. Buna isə demokratik seçim, qərar adını vermək əlbəttə ki, qeyri-mümkündür. Ümumiyyətlə, Frankofoniyaya yeni üzv olmuş bir işğalçı ölkənin – Ermənistanın daxilində də gedən dərin siyasi böhran çərçivəsində bu kimi sammitin keçirilməsi və uğurlu nəticələr hasil edilməsi əvvəlcədən inandırıcı görünmürdü.

Makron ilə Trüdonun şəxsi ambisya savaşları

Digər tərəfdən, başqa bir dövlətin 20 faiz ərazisini işğal edən, işğal faktını 30 ildir davam etdirən, 20-ci əsrin ən qanlı hadisəsi – Xocalı soyqrımını törədən bir ölkənin sülhdən, əmin-amanlıqdan, insan hüquq və azadlıqlarından dəm vurması, bu ölkədə bənzər beynəlxalq tədbirin keçirilməsi Frankofoniyanın adına vurulmuş ən böyük ləkədir!

Söz yox ki, bunu ermənilərin özləri də yaxşı bilirlər, sadəcə öz kirli siyasətlərini gizlətmək üçün, bu cür sammitləri vasitə olaraq, istifadə edirlər. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, bu təşkilat sadəcə və sadəcə, nüfuz uğrunda gizli, ya da aşkar savaş aparan ölkələrin yığnağıdır.

Məhz bu kimi amillərdən nəticə çıxaran qurumun baş katibi Mişel Jan Frankofoniyanı “ölü qurum” adlandırıb. Daha dəqiq desək, hakimiyyət hərisliyi və bölgüsü üstündə gedən qarşıdurma yalnız Mişel Jan və Makron arasında deyil, eləcə də Makron ilə Kanadanın baş naziri Trüdonun şəxsi ambisyları uğrunda apardıqları savaş kimi də qiymətləndirilə bilər.

Fransanın siyasi, Kanadanın isə iqtisadi maraqları var

Tarixi həqiqətdir ki, Fransa tarixlər boyu müstəmləkəçilik siyasəti yürüdərək, xüsusilə, Afrikada öz koloniyalarını müəyyənləşdirib. Siyasi müstəmləkəçilik maraqlarını təmin etmək üçün müharibələr, hətta soyqrımı da törədib. Buna misal olaraq, təkcə Əlcəzairdə aparılan və minlərlə insanın günahsız yerə öldürülməsindən tutaraq, digər hadisələri göstərə bilərik.

Kanadanın isə maraqları sırf sənaye və iqtisadiyyat üzərində qurulub. Belə ki, bu ölkə Afrika ölkələrində nüfuzunu artırmaq üçün, “Qara qitə”nin təbii sərvətlərini qazanmaq məqsdəini daşıyır.

Beləliklə, bir sıra kosneptual fərqləri diqqətdən keçirək:

Təşkilatın baş katibi M.Jan, yenidən həmin posta seçkilərdə Fransanın dəstəyini ala bilmədiyinə görə, Yerevandaı sammitin açılışında bu qurumun fəaliyyəti ətrafında sərt tənqidi fikirlərini bəyan etdi. SİTAT: “Biz, qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi maraqlara xidmət edir. Biz, hazırıq ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət zərər nöqtəsindən yanaşma, qulldur sərmayə və ya korrupsiya həmrəylik həqiqi qarşılıqlı tələblərini üstələsin? Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis regresin bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan (xəyanət edən) təşkilat artıq ölümcül bir haldadır...”

Fransa nəyə görə Ruandanın üzərində dayandı?

Fransa tərəfinin bu sözlərə reaksiyası bilavasitə təşkilatın baş katibinin nüfuzunu aşağılamağa istiqamətləndirilib. Bunun üçün, dezinformasiya və propoqanda üzrə ixtisaslaşmış fransız mediası J.Mişelin təşkilatın vəsaitlərini mənimsədiyini iddia edərək, hətta şəxsi məqsədləri üçün 500 min avro xərcləyərək, iqamətgahını təmir etdirdiyini, eyni zamanda xarici səfərlərində külli miqdarda sərfiyyat etdiyini yazdı.

Başqa tərəfdən, Fransanın Frankofoniya təşkilatından öz maraqları naminə istifadə etdiyini digər fakt da sübuta yetirir. Yəni bu qurumun əsas qüvvəsi olan Fransanın növbəti baş katibi Ruandadan seçilməsi təşəbbüsü də sıradan seçim deyil. Bu seçim həm də Fransanın Ruandaya jesti kimi də qiymətləndirilə bilər. Məsələ ondadır ki, 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin (Hutu-Tutsi qarşıdurması və 800 min qurban!) rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə informasiyalar mövcuddur. Belə ki, Fransanın sabiq prezidenti Nikola Sarkozi Ruandada səfərdə olarkən, ölkəsinin soyqırımındakı rolunu dolayısı, yaxud örtülü olsa da etiraf etmişdi. Məhz, buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə idi.

Həmçinin, Ruandada məlum olaylardan sonra rəsmi təhsil dili fransız dilindən ingilis dilinə dəyişdirilmişdi vəə Brilşəlmiş Krallıqla heç bir əlaqəsi olmayan Ruanda British Commonwealt-ın üzvü olmuşdu.

Nəticədə Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər xoş baxılmasa da, görünən budur ki, afrikalılar Fransanın sözündən çıxa bilmirlər. Necə deyərlər, buna cürətləri çatmır. Daha dəqiq desək, afrikalılar rəsmi fransız dilindən ingilis dilinə keçmiş bir ölkənin Frankofoniyaya “rəhbərlik” edəcəyi reallığı ilə barışa bilmirlər. Məhz bu faktor da həmin təşkilatın qeyri-ciddiliyindən, şəxsi maraqlara xidmət etməsindən xəbər verir.

Ermənistan “qaş düzəltdiyi yerdə vurub göz çıxardı”, yenə də Azərbaycandan geri qaldı

Beləliklə, bu sammitin Yerevanda baş tutması üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi baş verənlərdən, söz savaşından təlaşa düşməklə yanaşı, həm də mütəəssir olublar. Yəni onların ölkələrində keçirilən beynəlxalq sammitin çərçivədən çıxaraq, qarşıdurmalara çevrilməsi onlara xoş təsir bağışlaya bilməzdi. Çünki Frankofoniyaya yenicə üzv olman Ermənistan bu vasitəylə beynəlxalq aləmdəki nüfuzunu da artıracağını düşünürdü. Məqsəd, Azərbaycanın təmsil olunduğu nüfuzlu Qoşulmama Hərəkatı platformasındakı nüfuzuna xələl gətirmək idi. Belə ki, Azərbaycan bu Hərəkatın sədri olmağa hazırlaşır.

Ermənistan isə necə deyərlər, “qaş düzəltdiyi yerdə vurub göz çıxardı”. Yerevanda keçirilmiş 17-ci Frankofoniya sammiti bu günə qədər keçirilmiş daha öncəki 16 sammitlərin içində ən rüsvayçısı kimi tarixə yazıldı.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə