Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadan ölkə ərazisinə daxil olan silahlardan narahatlığını ifadə edib. SİA BelTA agentliyinə istinadən xəbər verir ki, sözügedən məsələ onun Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko ilə keçirdiyi görüşündə qabardılıb.
Onun sözlərinə görə, Minsk heç bir halda Ukraynada baş verən hadisələrə qarışmaq istəmir. “Kobud ifadə etsək, əgər bizdən soruşmasalar, bu bizim işimiz deyil. Həqiqəti desəm, biz bu barədə danışacağıq, belə ki, Ukraynada baş verənlər bizə də kifayət qədər təsir edir. Bizi xüsusi olaraq narahat edən Ukrayna sərhədlərindən sızan silahlardır. Biz, çox sayda silah tuturuq”, deyə Belarus prezidenti qeyd edib.
Bununla yanaşı, o qeyd edib ki, daha da pis ola bilərdi: “Açığını desək ki, ukraynalıların beloruslara qarşı kinləri yoxdur. Xalqlar arasında qarşıdurmalar da mövcud deyil. Bax, əsas da budur ki, bizi ümidləndirir. Bu, bizim mehriban qonşuluq münasibətlərimizin əsasıdır”.
Lukaşenko problemlərin çox olduğunu da deyib və bütün bunları müzakirə etməyə hazır olduğunu bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB