Millət vəkili: "Zatulin kimilər kökləri erməniyə bağlı olanlardır" MÖVQE-ÖZƏL

Millət vəkili: "Zatulin kimilər kökləri erməniyə bağlı olanlardır" MÖVQE-ÖZƏL

“Azərbaycana qarşı kampaniya aparanlar şəxslər bir neçə dəfə əsaslı təmirdən çıxan və istifadə müddəti bitmiş əşyalara bənzəyirlər. Belə şəxslər ermənilərə satılan və ya kökləri erməniyə bağlı olanlardır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, istər Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin, istərsə də bir müddət bundan öncə Avropa Parlamentinin üzvü Elena Teoxarus tərəfindən ölkəmizə qarşı atılan addımlar və səsləndirilən fikirlərin arxasında qərəz dayanır: “Ümumiyyətlə, zaman-zaman müəyyən xarici qüvvələr tərəfindən Azərbaycana qarşı yersiz iddiaları qaldırılır, qərəzli kampaniyalar aparılır. Belə şəxslər hüquqa, qayda qanuna dəvət olunmalıdırlar”.

E.Məmmədovun fikrincə, araşdırma aparılsa, bu cür şəxslər qondarma separatçı qurumlarla əməkdaşlıq etdiyini aşkara çıxarmaq mümkündür: “Azərbaycanın gündən-günə inkişaf etməsi, Ermənistan çıxmaq şərti ilə ölkəmizin xüsusilə də qonşuları ilə yüksək səviyyədə əməkdaşlıq etməsi görünür kimlərisə narahat edir. Məhz buna görə də qara qüvvələr fəaliyyətə başlayaraq bu əməkdaşlıqlara kölgə salmağa cəhd göstərirlər”.

Deputat təəssüflə qeyd edib ki, ikili yanaşma nümayiş etdirən beynəlxalq təşkilatlar işğalçıya qarşı sanksiya təyin etməkdən onlar daha da ruhlandırmağa çalışırlar: “Əgər həqiqətən də onlar işğalçı ilə eyni fikirdə deyillərsə və onları müdafiə etmirlərsə, niyə illərdir ki, onlara qarşı cəza tədbiri tətbiq olunmur? Niyə BMT-nin 4 məlum qətnaməsi icra olunmur? Bütün bunlar bizə deməyə əsas verir ki, işğalçını işğala ruhlandıran və müdafiə edib qoruyub saxlayanlar da onlardır. Əgər onlar tərəf saxlamasa, Azərbaycan öz torpaqlarını tezliklə işğaldan azad edə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə