Kosovoda keçirilən parlament seçkilərinin ilkin nəticələri bəlli olub

Kosovoda keçirilən parlament seçkilərinin ilkin nəticələri bəlli olub

Kosovoda keçirilən parlament seçkilərinin ilkin nəticələri bəlli olub.

SİA-nın xəbərinə görə, rəsmi olmayan ilk rəqəmlərə görə, səslərin 31 faizini alan baş nazir Haşim Taçinin rəhbərlik etdiyi Kosovo Demokrat Partisi qələbə qazanıb.

Qani Bobi İnstitutunun yaydığı nəticələrə görə, səslərin 25 faizini alan Kosovo Demokratik Birliyi Partiyası qutudan ikinci partiya olaraq çıxıb.

İlk dəfə seçkilərdə iştirak edən Vetvendosye Partiyası 16 faiz səslə üçüncü, Kosovo Rifah İttifaqı Partiyası ilə 13 faiz səslə dördüncü olub.

Kosovo Mərkəzi Seçki Komissiyası hələlik nəticələr haqda açıqlama verməyib. Seçkilərdə 1 milyon 630 minə yaxın seçicinin 45 faizi səs verib

Bütün xəbərlər Facebook səhifəmizdə