Mariya Zaxarova: "Poroşenko 2014-cü ildə də qapını səhv salmışdı” İNSİDENT

Mariya Zaxarova: "Poroşenko 2014-cü ildə də qapını səhv salmışdı” İNSİDENT

Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova Ukrayna prezidenti Pyotr Poroşenkonun BMT-nin Baş Assambleyasının 73-cü sessiyası zamanı səhvən Rusiya nümayəndə heyəti üçün ayrılmış görüş otağına daxil olmasına özünəməxsus şəkildə fikir bildirib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, “O, 2014-cü ildə də qapını səhv salmışdı”, deyən Zaxarova ümumiyyətlə ukraynalı liderin tez-tez səhvlər buraxdığını da deyib.

Xatırladaq ki, Poroşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da olduğu Rusiya nümayəndə heyətinin otağına səhvən daxil olduqdan sonra, Lavrov bu insidentə ilginc münasibət bildirmişdi. “Yəqin tualetlə səhv salıb”, deyən Lavrov Ukrayna prezidentinin bu addımına istehzalı münasibət sərgiləmişdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə