“İrates”: “Adi gəzintiyə belə, cangüdənlərlə çıxır” PAŞİNYANIN ARVADI
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın son zamanlardakı davranışları onun lideri olduğu “Vətəndaş sazişi” partiyasındakı həmfikirlərinin qııcıqlanmasına səbəb olmaqdadır. SİA-nın məlumatına görə, bununla bağlı Ermənistanın “İrates” nəşri yazaraq bildirir ki, Paşinyanın arvadının bütöv bir qoruma “eskadriliyası” altındakı xarici siyasət voyajları, şəxsi saç ustasına çoxfunksiyalı dövlət vəzifələri etibar etməsi, eləcə də bir neçə cangüdənlə adi gəzintilərə çıxması digər ictimai-siyasi dairələrlə yanaşı, hətta “Vətəndaş sazişi” partiyasının kulisləri arxasında müzakirələrə səbəb olub.
“Və bütün bunlar o zaman baş verir ki, onun əri Ermənistanın “məğrur vətəndaşları” qarşısında Milli Təhlükəsizlik Xidmətindən və polisdən oliqarxları, onların cangüdənlərini “asfalta yıxmağa” səsləyir”, deyə yazan erməni nəşri Paşinyanın partiyasının kuluarlarında baş verən digər məsələlərə də toxunub: “Vətəndaş sazişi” partiyasının kuluarlarında eyni zamanda parlamentin sədri Ara Babloyanın İsveçrəyə heç bir cangüdən olmadan səfər etməsi ətrafında da müzakirələr aparılır və onun siyasi və dövlət xadimi statusunun Paşinyanın arvadından kifayət qədər artıq olmasına işarə vurulur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB