Sentyabrın 26-27-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 51-ci iclası keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə QDİƏTPA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü Əflatun Amaşov iştirak edəcək.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərdə kiçik sahibkarlığın inkişafı və dəstəklənməsi mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB