2016-cı il seçkiləri ilə bağlı ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort cinayət əməllərinə görə, məhkəmə qarşısına çıxacaq. Manafort ona qarşı yönəlmiş iki ittihamı qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın ABŞ-da keçirilən seçkilərinə müdaxilə etməsi iddiaları üzrə məsələni Robert Mueller araşdıracaq.
Manafortun cinayətləri "ABŞ-a qarşı hiylə qurma"dır. Tramp hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, 69 yaşlı Paul Manafort, prezident Tramp ətrafındakı tanınmış simalardan biri idi. Ancaq Tramp bir müddət əvvəl köhnə məsləhətçisindən uzaqlaşıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB